Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş


"ƏQLİ VƏ FƏLSƏFİ DƏLİLLƏR "1



Yüklə 1,57 Mb.
səhifə27/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

"ƏQLİ VƏ FƏLSƏFİ DƏLİLLƏR "1

1.- Filosoflar deyirlər:- Gözlə bir şeyi görmək və bir şeyin şuasının görünməsi o vaxt mümkündür ki, bir cəhətdə və müəyyən bir yerdə görünsün. Əgər bu məsafə müəyyən həddən az və ya çox olsa, görünən o şeyi görmək mümkün olmayacaqdır.



Hər bir mövcudun görünməsinin şərtləri vardır. Onlardan biri də budur ki, görünən şey görən şəxsin qarşısında olsun.

Məsələ burasındadır ki, bu cəhətlər Allah tə`ala barəsində keçərli deyildir və bizə onun mümkün olmamasını anladır. Çünki, bu cəhətlərdən heç birinin həqiqəti Allah tə`ala barəsində düzgün deyildir. Allah, heç yerdə və ya heç bir məkanda kimsəyə görünməmişdir. Allah və yaratdığı varlıqlar arasında məsafə yoxdur. Çünki, məsafənin lazım olması, Allah tə`alanın cism və məkana malik olması deməkdir. Allah isə heç bir cism və məkana ehtiyacı yoxdur. Necə deyərlər la məkandır.

2.- Allahı görmək və onunla görüşmək, əgər onun vücuduna əlaqə tapırsa, onun vücudunu gözlə görməyin lazımlığı, vücudunun məhdud bir məkanda və müəyyən bir nöqtədə olmasına və həmçinin başqa bir nöqtələrdə və məkanlarda vucudunun olmamasına gətirib çıxardır. Çünki, insanın baxışı Allahın vucudunun nəinki hamısını, bəlkə təkcə bir qismini görür. Bunun da mənası o deməkdir ki, Allahın vücudu ayrı-ayrı hissələrə malikdir və onlardan da təşkil olunmuşdur. Müəyyən bir nöqtəni tutmuşdur. Bunların hamısı Allah tə`ala barəsində mümkün olmayan bir şeydir. Çünki;- Allah tə`ala məhdud deyildir və bir nöqtədə də qərar tutmamışdır. Nə ayrı-ayrı hissələrə malik olmuş və nə də tərkib tapmış, nə də bir məkanda yerləşərək başqa bir məkanı boşaltmışdır.



Bundan əlavə, görünən və görüməsi mümkün olan hər bir şeyin rənglərdən birinə malik olması lazım bilinir ki, görünməsi mümkün olsun. Hər bir rəng növünün Allah tə`alanın vucuduna nisbət verilməsi özü də mümkün olmayan bir işdir.1

“ QUR`ANİ KƏRİMDƏN DƏLİLLƏR “

Qur`ani Kərimdə, Allah tə`alanın görünməsini inkar edən çoxlu ayələr vardır. Bu ayələr bu məsələnin mümkün olmadığını bəyan etmışdir. Misal olaraq kitabımızın bu səhifəsində bu barədə iki ayə`ni gətiririk:

1. Qur`anın Ən`am surəsində belə buyurur:

لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ 

"Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlilikdən uzaqdır), (hər şeydən) xəbərdardır!"2

Mərhum Təbərsi deyir: - "İdrak" maddəsi "bəsər" kəlməsi ilə zikr olanda



لاَّ تُدْرِكُهُ الأَبْصَارُ - görməyin və görüşməyin göz vasitəsi ilə olması mənasınadır.

Məsələ burdadır ki, əgər bir kəs desə ki

أَََََدْرَكْتُهُ بِبَصَرِي وَمَارَأيْتُه

cavabında deyərlər ki:- bu kəlam ziddiyyətlidir. Çünki, gözlə dərk etmək, həmin görmək deməkdir. Buna görə də "onu gözümlə dərk etdim lakin görmədim" deyilsə bu doğru deyildir.1

  1. Bəqərə surəsində isə belə buyurur:

وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ * وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

"O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir! "- demişdi və Allah da tövbənizi qə`bul etmişdi. Əlbəttə, O, tövbələri qə`bul edəndir, bağışlayandır. (Və yadınıza salın ki) siz: "Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq",- dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu."2

Bu iki ayə bir birinə birləşir və bir biri ilə bağlıdır. Allah tə`alanın görünməsinin qeyri-mümkün olmasına dəlalət edir. Çünki, birinci ayədə özləri üçün buzova sitayiş etməyi din qərar verən şəxslərin əzaba düçar olduğunu bildirmişdir. Nəticədə isə onların tövbəsinin ən çətin cəzalarla, özlərini öldürməyi şərt bağlamışdır. İkinci ayədə isə əzab , Allah tə`alanı görmək istəyənlər üçün zikr olunmuşdur. Onların da cəzaları ildırımın nazil olması və asi`mani bəlaya düçar olmalarına işarədir.

Bu mübarək ayə təmamilə aşkar şəkildə bizləri bu həqiqətə çatdırır ki, küfr, mürtəd olmaq və əzaba düçar olmağın səbəbi təkcə buzova pərəstiş etmək deyil, bəlkə Allah tə`alanı görmək istəmək özü də günah və asi`mani əzabın nazil olmasına səbəbdir. Məsələn: Buzov pərəstlik ən böyük günahdır.

Diqqəti cəlb edən budur ki, Qur`anda Allahı görmək mövzusunda mümkün olmayan Bəni İsrailin istəklərinə işarələr olunmuşdur. İşlənmiş ibarətlər və cümlələr bu işin ən böyük günah olduğunu və boyun əyməməyi çox aydınlaşdırır. Bir yerdə deyir:



يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَى أَكْبَرَ مِن ذَلِكَ فَقَالُواْ أَرِنَا اللّهِ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ

"(Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: "Bizə Allahı aşkar göstər!" - demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu"1

Başqa bir yerdə isə deyirlər:



وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَى رَبَّنَا لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا

" Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar.!"2

Əgər Allah tə`alanın görünməsi mümkün olsaydı onların istəkləri zülm, həddindən çıxmaq və əmrə itaətsizlik sayılmazdır.

Məxsusən görməyə e`tiqad edən şəxslər deyirlər ki: - Allah tə`alanın bəndələrinə əta etdiyi ən gözəl və ləzzət edən ne`mətlərdən biri onun ən böyük inayəti və bəndələrinə diqqətinin olması və qiyamət günündə, behiştdə bəndələrinə camalını göstərməsidir.

Görünməyin inkarı barədə Qur`anda ayələr çoxdur. Lakin, nümunə ünvanında bu iki söylənilən ayələrə kifayətlənirik.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin