Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş


“BU ƏQİDƏNİN MƏNŞƏ`İ NƏDİR?”



Yüklə 1,57 Mb.
səhifə30/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

“BU ƏQİDƏNİN MƏNŞƏ`İ NƏDİR?”

Allahın görünməsi bəhsində işarə olunduğu kimi, belə əqidənin mənşəi əhli sünnə kitablarında Əbu Hureyrə və onun kimi ravilərin nəql etdikləri bir çox hədislərin yazılması idi. Allahın məkana malik olması əqidəsinin mənşəi də səhiheyn və sunən kitablarında olan belə hədislərin yazılmasından irəli gəlmişdir.

Bu əqidədə olan əhli sünnə alimlərindən bə`ziləri öz sözlərində bu həqiqətə e`tiraf etmişlər:

İbn Həcər “Fəthul bari” adlı kitabında məkan barədə əqidəni Əvzaidən nəql etdikdən sonra onun “Bütün əhli sünnə məzhəbinin nümayəndələri Allahın müəyyən bir məkanda olmasına əqidələri vardır” sözlərini izah edir. Bu cümləni də Əvzaidən nəql edir ki:- Bu məsələ, nəql olunmuş hədislərin məzmunudur. Biz sünnədə nəql olmuş bütün hədislərə i`man gətirmişik və bizim əqidəmiz kamildir.

Əhli sünnənin kəlam alimlərindən biri olan Əllamə Şeyx Əbdur-rəhman, 1347- ci hicri tarixində çap olunmuş “Tohid” adlı öz kitabında alimlərin sözlərini və onların əqidələrinin nəqlindən və izahından sonra, Allahın müəyyən bir məkana malik olması mövzusunda hədis nəql edir. Sonra belə deyir :- Səhiheyn və səhiheyndən başqa kitablarda bu məsələnin və hədisin məzmunu təsdiq edən çoxlu hədislər vardır.1

3.” ALLAH GÜLÜRMÜ ?!”

Səhiheyn kitablarında gələn Allah gülür!


Səhihhi Müslüm və Səhihi Buxaridə tohid bəhsində olan üçüncü zəif məsələ, bu iki kitabda nəql olunmuş Allahın gülməsi barədə yazılan hədislərdir. Əziz oxucunu bu hədislərdən bir neçə nümunəyə diqqət etməyə dəvət edirik.

1.- Buxari və Müslümün Allahın görünməsi barədə öz kitablarında nəql etdikləri hədisdə, Allahın gülməsi diqqəti özünə cəlb edir. Qeyd edirik ki, biz bu hədisi bir dəfə Allahın görünməsi mövzusunda geniş şəkildə gətirmişdik. İndi isə hədisin axır hissəsində olan cümlələri bir daha nəzərinizə çatdırırıq:

... Allah buyurar: Məgər sən demirdinmi ki: başqa bir istəyim yoxdur. Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər:-Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən qərar vermə! İstə`yində o qədər ayağını möhkəm basarki Allahın gülməyi gələr. Elə ki onun gülməyi gəldi onun üçün behiştə girmək icazəsi verilər!! 1

2.- Əbu Hureyrədən səhabələrin birinin qonaqpərvərliyi barədə nəql olunmuş hədisin axırında olan cümlə diqqəti özünə cəlb edir.

... Sonraki gün, qonaqpərvər kişi Peyğəmbər (s)-in xidmətinə gəldi. Peyğəmbər (s) buyurdu:- Bu gecə sizin qonaqpərvərliyinizə və rəftarınıza Allah tə`ala gülüb. Sizin işinizə təəccüb edib.....2

3.- Əbu Hureyrədən üç sənədlə iki müxtəlif mətnlərdə nəql olunmuş hədisdə deyilir:- Allah tə`ala iki nəfərə gülür! Biri başqasını öldürdükdən sonra hər ikisi behiştə daxil olduqda. ərz etdilər: Ey Allahın elçisi! Qatillə öldürülmüş adamın hər ikisinin behiştə daxil olması mümkündürmü?! Buyurdu:- Onlardan biri Allah yolunda vuruşaraq şəhadətə yetişir, sonra onun qatili də tövbə edərək İslamı qə`bul edir. O da Allah yolunda cihada gedir və şəhadətə nail olur.3

4.- İbn Məsud Peyğəmbər (s)-dan nəql edir:- Behiştə axırıncı daxil olan şəx bəzən yol gedən , bəzən isə yerə üzü üstə yıxılan və bəzən üzünü od yandıran bir kişi olacaqdır. Elə ki, oddan keçdi ona baxar və Allaha şükürlər edər: -Məni sənin içindən nicat verən Allah böyükdür. Mənə elə bir ne`mət vermişdir ki, əvvəldən axıra heç bir kəsə bu ne`məti verməmişdir.

Sonra onun üçün bir ağac görünər. Ərz edər: Xudaya! Məni bu ağaca yaxınlaşdır ki onun kölgəsindən bəhrələnim və suyundan içim. Allah onun cavabında deyər: Ey Adəm övladı! Bu ağacı sənə versəm mümkündür məndən başqa bir şey də istəyəsən! Ərz edər:- Xeyr, İlahi! Allahla ondan başqa bir şey istəməməsinə söz verər və əhd bağlayar.

Allah onun üzrünü qə`bul edər. Çünki o şəxs elə bir vəziyyətdə olar ki ne`mətləri görər amma səbr etməyə taqəti olmaz. Onu ağacın kölgəsində rahatlanmasına və suyundan bəhrələmsinə görə ağaca yaxınlaşdırar.

Sonra onun gözlərinə əvvəlkindən gözəl olan başqa bir ağac görünər. Ərz edər: - İlahi! Məni bu ağaca yaxın etki onun suyundan içim və kölgəsində də rahatlıq tapım. Səndən daha başqa bir şey istəməyəcəm.

Allah deyər:- Ey Adəm övladı! Mənimlə əhd peyman bağlamaqla o ağacdan başqa bir şey istəmədiyinə söz verən sən deyildinmi? Sonra Allah deyər: -Əgər o ağaca səni yaxınlaşdırsam məndən başqa bir şey də istəyərsənmi?! O kişi ikinci ağacdan başqa bir şey istəməyəcəyinə söz verər və Allahla əhd bağlayar. Allah onun üzrünü qə`bul edər. Çünki gördüyü ne`mətin qarşısında səbrini əldən verər. Beləcə kölgə və suyundan bəhrələnməsindən ötrü ikinci ağaca yaxınlaşar. Sonra behişt qapısının ağzında birinci və ikinci ağacdan daha gözəl və göyçək bir ağac görər. Ərz edər :- İlahi! Məni bu ağaca yaxınlaşdır ki onun kölcəsindən bəhrələnim və suyundan içim. Səndən başqa bir şey istəməyəcəm. Allah onun cavabında deyər:- Ey Adəm övladı! Mənimlə o ağacdan başqa bir şey istəməyəcəyinə söz vermədinmi? Ərz edər: Bəli ey mənim Allahım! Səninlə belə bir əhd bağlamışdım. Amma üçüncü ağacı da mənə ver səndən daha heç nə istəməyəcəm. Allah yenə də onun üzrünü qə`bul edər. Çünki o kişi gördüyü ne`mətin qarşısında səbrini əldən verər. Allah onu ağacın və behişt qapısının yanına yaxınlaşdırar. Eləki behişt əhlinin səsini eşidər, ərz edər:- İlahi! Məni behiştə daxil et! Allah deyər: Ey Adəm övladı! Səni razı edəcək bir şey nədir? Əgər dünyanı iki qat sənə versəm, razı qalarsanmı? Deyər:- İlahi, axı aləmlərin rəbbi sənsən. Mənə məsxərə edirsən?!

Bu yerdə İbn Məsud güldü; və dedi: Mənim gülməyimin səbəbini soruşmursunuzmu? Dedilər :-Sənin gülməyinin səbəbi nədir? Peyğəmbər (s) belə gülmüşdür. Ərz etdilər: Ey Allahın elçisi gülməyinizin səbəbi nədir? Buyurdu:- Mənim gülməyim Allahın gülməsinə görədir!! Elə ki bəndəsi deyər:- İlahi, axı aləmlərin rəbbi sənsən. Mənə məsxərə edirsən?! Allah deyər: Mən sənə məsxərə etmirəm, istədiyim hər bir şeyə qadirəm.1



Yaşasın gülən Allah!

Əbu Rəzin deyir:- Peyğəmbər (s) buyurdu:- Allah bəndələrinin itaətinə və ondan başqasına yaxınlaşanlara gülür!! Əbu Rəzin deyir:- Ərz etdim:-Ya Rəsuləllah! Allah da gülür?! Buyurdu:- Bəli.

Mən o vaxt bu cümləni dedim:- Yaşasın xeyr və yaxşılığa həmişə gülən Allah!!

Hədisdən istifadə olan mətləblər:

Hər biri saxta olan bu hədislərin hamısından belə ələ gəlir ki;

1.- Allah da bəndəsi kimi gülür və təəccüb edir;

2.- Qiyamət günündə Allah öz bəndələrindən birinin istə`yinə müsbət cavab verirsə, əvvəlcə onunla Allah qarşısında daha başqa bir şey istəməyəcəyinə əhd bağlayır. Amma bəndəsi onu aldadaraq ona yalan vədə verir. Eləki bəndənin birinci istəyi qə`bul olundu, fasiləsiz öz əhdini və vədəsini sındıraraq ikinci dəfə yenə istəyir. Bu dəfə də Allahı aldadaraq öz əhdində səhlənkarlıq edir. Üçüncü dəfə yenə bu işi görür.

Biz deyirik ki; Bu hədisləri səhih sayan şəxslərdən bir nəfər yoxdurmu ki sual etsin. Özünü rəhman və rəhim sifəti ilə tanıtdıran Allah, nəyə görə bir ne`məti bəndəsinə verməkdə onun əl-ayağını bağlayır. Onu istəməkdən çəkindirir. Bu əhd bağlamaq nə məsələsidir? Bəndənin öz əhdini sındırmasının mənası nədir?!

3.- Bağışlanmağa ləyaqət və cəhənnəm odundan nicat tapan, mö`min, Allahı tanıyan bir bəndə özündə o qədər ğururluq hiss edir ki, Allah qarşısında cürət taparaq cahil insanların sifətlərindən biri sayılan məsxərə və istehza kimi sifətləri Allaha nisbət verir və deyir:

“استهزء مني وانت رب العالمين “

Bu kimi saxtalıq və uydurma hədislərdən Allahın dərgahına pənah aparır, bu kimi söz deyənlər tərəfindən Allaha istiğfar edərək bağışlanmasını istəyirik.



يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

" Ey i`man gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar."1


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin