VƏT və hamiləlik
Virus əleyhinə müalicədən əvvəl fertil dövrdə olan bütün
qadınlar hamiləlik testindən keçməlidirlər. Əgər qadın hamilədirsə və
ya hamilə qalmağa hazırlaşırsa, virus əleyhinə müalicəni başlamaq
lazım deyil. Belə ki, ribavirin teratogen təsirə malikdir. Qadının
partnyoru HCV-yə yoluxduğu və virus əleyhinə terapiya aldığı halda
da hamiləlikdən daşınmaq lazımdır. Müalicə dövründə və müalicə
bitdikdən sonra 6 ay müddətində hər iki partnyorun ən azı bir baryer
metodu vasitəsilə kontrasepsiyadan istifadə etməsi zəruridir.
Ribavirin təyini fonunda hamiləlik baş verərsə, preparatın qəbulunun
dərhal dayandırılması lazımdır.
Dostları ilə paylaş: |