Virus əleyhinə müalicə aparılması ehtimal olunan
pasiyentlərlə bağlı tövsiyələr
►
Virus əleyhinə müalicə orta dərəcəli və ya ağır portal fibrozu
olan xəstələrə, o cümlədən əks-göstərişlər olmadığı təqdirdə,
kompensasiya olunmuş sirrozlu xəstələrə təklif olunmalıdır (D).
►
Əks-göstərişlər olduğu halda, virus əleyhinə müalicə
aparılmamalıdır (D).
►
Virus əleyhinə terapiyaya qədər pasiyentlərə davamlı virusoloji
cavabın (DVC) əldə edilmə ehtimalı haqqında məlumat
verilməlidir (D).
Histoloji aktivlik və fibrozun olmadığı və ya aşağı səviyyədə
olduğu (0-1 METAVIR) təqdirdə VƏT xəstənin təkidi ilə aparıla
bilər.
Dostları ilə paylaş: |