lazımdır.
16
Tireotrop hormon
(TTH)
Müalicəyə qədər
və müalicə
zamanı ən azı 3
ayda 1 dəfə
TTH səviyyəsinin
artması zamanı
nəticəni təsdiq etmək
və sərbəst tiroksinin
(T4) səviyyəsini
müəyyənləşdirmək
vacibdir. Lazım
gələrsə, tiroksinlə
əvəzedici terapiya
təyin olunmalıdır.
Qanda qlükoza
Müalicəyə qədər
və müalicə
zamanı ən azı 3
ayda 1 dəfə
Qlükoza səviyyəsinin
artması zamanı
nəticəni qlikolizə
olunmuş Hb
səviyyəsini
müəyyənləşdirmək
yolu ilə təsdiq edin.
Onun artması zamanı
toxumaların insulin
rezistentliyini aşağı
salan preparatların
təyin edilməsi
göstərişdir.
HCV RNT
(kəmiyyət və/və ya
keyfiyyət metodu ilə
təyin etmək)
Müalicəyə qədər,
4-cü, 12-ci həftə
və sonrakı VƏT
dövründə 3 ayda
1 dəfə,
müalicənin
sonunda, terapiya
başa çatdıqdan 3,
6, 12 ay sonra.
12-ci həftədə HCV
RNT-nin səviyyəsinin
2 log
10
-dan az aşağı
düşməsi qeydə
alınarsa, müalicənin
dayandırılmasının
mümkünlüyünü
nəzərdən keçirmək
lazımdır. Erkən
virusoloji cavab əldə
olunmadığı və
müalicənin davam
etdirildiyi halda HCV
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
RNT 24-cü həftədə də
aşkar edilirsə,
terapiyanı
dayandırmaq lazımdır
(əgər terapiyanın
məqsədi virusun
eradikasiyasıdırsa).
Yanaşı təsirləri və
müalicənin şərtlərinə
əməl olunmasını
müəyyənləşdirmək
üçün müayinə
Hər gəlişdə Müalicə şərtlərinə
əməl etməmək
cavabın əldə
olunmasına mənfi
təsir göstərir.
Depressiyanın
mövcudluğunun
aşkarı üçün müayinə
Müalicəyə qədər
və hər gəlişdə
Depressiya müəyyən
edildikdə
antidepressantların
təyini və/və ya
psixiatr məsləhəti
göstərişdir.
Narkotik
maddələrdən
istifadəni müəyyən
etmək üçün müayinə
(anamnezdə
alkoqoldan istifadə,
kokain, opiatlar,
heroin, amfetamindən
istifadə)
Müalicəyə qədər
və hər gəlişdə
Müayinənin nəticəsi
müsbət olarsa,
narkoloqun məsləhəti
göstərişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
Peqinterferon-alfa və ribavirinlə kombinasiya edilmiş müalicənin
cavab prediktorları
HCV-nin 1-ci genotipi kombinasiya edilmiş virus əleyhinə
terapiya zamanı davamlı virusoloji cavabın alınması üçün başlıca
mənfi prediktor sayılır. HCV RNT-nin ilkin səviyyəsinin yüksək
olması (>600 000 BV/ml və ya >2 000 000 nüsxə/ml), 40 və ondan
yuxarı yaş, artıq çəki, insulin rezistentliyi, dəmirlə yüklənmə
sindromu və sirrozun mövcudluğu əlavə müstəqil mənfi cavab
prediktorlarıdır. Pasiyentin cinsi müstəqil cavab prediktoru sayılmır.
Müalicənin effektivliyinin virusoloji meyarları
Müalicəyə cavab virusoloji (HCV RNT səviyyəsinin dəyişməsi)
və histoloji (histoloji aktivlik və fibroz indeksləri) meyarlarla
dəyərləndirilir.
Müalicənin gedişində biokimyəvi parametrlərin dəyişməsi heç də
həmişə VƏT-in effektivlik meyarı sayılmır.
Müalicənin effektivliyinin dəyərləndirilməsinin virusoloji
meyarları:
►
Sürətli virusoloji cavab (SVC): HCV RNT-nin miqdarı
müalicədən 4 həftə sonra analizatorun deteksiya səviyyəsindən
aşağıdır.
►
Erkən virusoloji cavab (EVC):
natamam EVC – HVC RNT-nin səviyyəsinin 2 log
10
və ya
daha çox (> 100 dəfə) azalması
tam EVC – HCV RNT-nin 12 həftə müalicədən sonra qanda
təyin olunmaması
►
Ləngimiş virusoloji cavab (LVC): natamam EVC əldə
olunduqdan sonra HCV RNT-nin müalicənin 24-cü həftəsində
qanda aşkar olunmaması.
►
Müalicənin sonunda cavab: VƏT-in tam kursundan sonra HCV
RNT deteksiyasının olmaması.
►
Davamlı virusoloji cavab (DVC): Müalicə başa çatdıqdan 24
həftə sonra HCV RNT deteksiyasının olmaması.
►
Cavabın olmaması: EVC və LVC əldə olunmadan aramsız
virusemiya (HCV RNT-nin daimi deteksiyası).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
►
Virusoloji artım: EVC və ya LVC əldə olunduqdan sonra
müalicə zamanı virusemiyanin qayıdışı/ səviyyəsinin artması
(HCV RNT-nin təkrar deteksiyası).
►
Residiv: Virusoloji cavab əldə olunmaqla VƏT kursu başa
çatdıqdan sonrakı dövrdə virusemiyanın qayıdışı (HCV RNT-nin
təkrar deteksiyası).
Beləliklə, müalicə zamanı sürətli və erkən virusoloji cavab və
tam EVC olmadıqda ləngimiş virusoloji cavabı müəyyən etmək
vacibdir (B).
Müalicə zamanı erkən supressiyaya nail olunma ilə müqayisədə
natamam və ya yubanmış virusoloji cavab zamanı DVC-yə çatma
ehtimalı daha azdır. Sürətli və tam erkən virusoloji cavablar sabit
virusoloji cavabın prediktorləri qismində nəzərdən keçirilə bilər (B).
Əvvəllər müalicə olunmayan pasiyentlərdə SVC əldə olunarkən
DVC-nin alınması ehtimalı 80-83% , SVC baş vermədən tam EVC
əldə olunduğu hallarda isə 65-76% təşkil edir.
EVC/LVC-yə çatma yoxdursa, DVC-nin alınma ehtimalı ≤ 3%
təşkil edir. Belə olduğu halda, terapiyanın dinamikasının, ona
dözümlülüyün və qaraciyər zədələnməsinin mövcud səviyyəsinin
hərtərəfli öyrənilməsindən sonra həkim müalicənin dayandırılması
məsələsini pasiyentlə birgə nəzərdən keçirməlidir.
Terapiyanın istənilən mərhələsində virusoloji cavabın olmaması
halında belə qaraciyərin ağır fibrozu (F 3-4) olan pasiyentlərdə müalicə
VƏT-ə qarşı dözümlülükdən asılı olaraq davam etdirilə bilər (D).
Dostları ilə paylaş: