MÜALİCƏNİN MÜDDƏTİ
Müalicənin müddətini təyin etmək üçün virusun genotipini
müəyyən etmək lazımdır. Qəbul edilmiş standartlara görə, 1-ci, 4-cü,
5-ci və 6-cı genotiplər üçün terapiya müddəti 48, 2-ci və 3-cü
genotiplər üçün isə 24 həftədir. Klinik göstərişlər olduğu halda
terapiyanın müddətinin fərdi qaydada dəyişdirilməsi mümkündür.
Virus əleyhinə terapiya (VƏT) başlanmazdan əvvəl ilkin virus
yüklənməsini (HCV RNT-nin miqdarı) müəyyən etmək zəruridir.
Kəmiyyət müəyyənləşdirilməsi terapiya zamanı da aparılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|