2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sonralar eşitdim ki, Tymur Rusiyaya qayıtmayıb,
bizim hansı kənddənsə bir kəlmə də rusca bilməyən
qızla evlənib, ekiz də oğlu olub...ikisinin də adını
Teymur qoyub: birinci Teymur, ikinci Teymur...
“Görəsən indi uşaqlarıyla nə dildə danışır, yoxsa yenə
susurmu...?!”
Beləcə, tanıdığım bütün Teymurları tələm-tələcik
xəyalımdan keçirdirəm. İmirxanlı birdən yadıma düşür:
-Onun da adı Teymurdu axı!
Bərkdən deyirəm, bayaqdan səssizlik olduğu
üçün, səsimə ağacların başından topa-topa quşlar
uçuşur. Bioloq Teymurun Gopçu dediyi ov iti quşların
ardınca qalxıb bilmir hara qaçsın, boşuna bir-iki ağız
hürür...
-Ermənilərin əlinnən canını təzə qurtarmışdı,
qaça-qaç vaxtı öldürürlərmiş...Bəlkə də tapıb
öldürdülər? - Bunu da itə baxa-baxa deyirəm...
...88-ci ilin payızında kəndin üstünə bir dəstə
erməni yeridi. Hələ bir gün qabaq bir malağan rusunu
xəbərə göndərmişdilər ki, bəs ermənilər silahlanıb
üstünüzə gələcək...
Kəndin böyüyü-kiçiyi qorxusundan əvvəl bilmədi
hara girsin, evdən çıxıb tövləyə, tövlədən həyətə, ordan
da kəndin içinə axışdılar. Kənddə də özlərindən başqa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
kim olacaq ki? Çaşqınlıq içində bir-birlərinə baxsalar
da fikirləri kəndi atıb dağlara sarı qaçmaqdaydı. Elə o
vaxt İmirxanlı Teymur qapıdan güllə kimi çıxdı, əlində
saz vardı, götürüb başının üstündə yellədi:
-Nədi fikirləşdiyiniz ay camaat?! Üzünüzü niyə
döndərdiniz kənddən? - Sazı başının üstə qaldırıb elə
qışqırdı ki, təpələrin qaşından enməkdə olan ermənilər
ayaq saxladılar...-Ardımcaa!
Teymurun səsi güclüydü, heç nə deməsə də
anlaşılandı, içi doludu, daha çox deyilməmiş,
işlənməmiş səslərlə dolu; yəni, bu səsin içində özünə
gəlmək vardı, ona görə də ağızdan çıxan kimi sümüyə
işlədi, min illiklər boyu bitgi toxumu kimi arta- arta
yerin qatlarına kök atan kənd qəbrstanlığı da bu
səsdən sonra göz qabağına gəldi, gözə dəyən nə vardısa
elə bil üstünün bir qatını götürdülər... Dərdlərin üstü
açıldığına görə kənd qəbrstanlığı da ağlaşmaları,
yuğları, hönkürtüləriylə təzədən xatırlandı... onsuz da
ölənlər yadlarındaydı, özlərini gizlənmişlərə
oxşadırdılar, başlarını guya harasa soxmuşdular...
Min- min illər yaşı olan qəbristanlıq kəndin birdən-
birə yadına düşdü. Amma axirət dünyasının varlığına
inanmış olsaq ölənlərin goru çatdayırdı...
İmirxanlıTeymurun səsi də onu dedi, elə:
-Goru çatdayacaq ölənlərimizin!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bayaqdan çaşıb qalmış adamlar Teymurun
ardınca yeridilər. Kənddə çox saz varmış, əlinə bir şey
keçməyən evdən sazını götürüb çıxmışdı. Sazın çoxu elə
köynəyindəydi, başlarının üstə qaldırıb
yüyürdülər...Qarşı yaxada ayaq saxlamış ermənilər
qaçıb dağıldılar; yəqinki sazı avtomat silah hesab
etmişdilər... Səhəri erməni qəzetləri elə bundan
yazmışdı: “...türklər silahlanıb...!”
Kəndin üstünə yürüş etmiş ermənilər türklərin
əlindəkinin saz olduğunu sonra bildilər, ömür boyu
sazbəndlik eləmiş Tepanusdan bir saz alıb düz kəndin
ortasında dar ağacı qurdular, sazı adam kimi dar
ağacından asdılar. Sazın asılması xəbəri türk
kəndlərinə güllə kimi dəydi.. Ardınca da ermənilər xə-
bər göndərdilər ki, İmirxanlı Teymuru da beləcə, saz
kimi asacağıq...
...fikirlər, xatırlamalar yorur məni, həm də alıb
aparır, diqqətimi gördüklərimə yönəldə bilmirəm. Bu
gün nece gündüsə ürəyi getmiş kimiyəm, içimdə, -
yaddaşımda olanlardan başqa heç nə xatırlamıram.
O vaxtlar bu, bağ ərazisini təzəcə almışdım,
yulğunlu bir yerdi, dəvə tikanlarıyla dolu... Sahə
müfəttişləri yeri göstərib çıxıb getmişdilər, yerin
ortasında təkdim. Yan-yörədə hasara alınmış bağlar,
tikililər qaralırdı. İndi bir qarış da yer qalmayıb.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Mən o vaxt niyəsə erməni kəndində dar ağacından
asılmış sazı xatırladım... Anam məni asılmış saza, - dar
ağacına sarı itələdi. Səsi göynəyə-göynəyə, “...bunu
assaydılar, məni belə yandırmazdı...” Anamın səsi nece
vardı eləcə yaddaşımda səsləndi, qulaqlarım batıb
içimdəki dərinliklərə işlədi, hasarların dibləriylə atlana-
atlana axıb gedən ilğımlara dalıb içimi çəkdim...
Bütün bunlar nəyə görə yadıma düşdü, o vaxt da
bilmədim, indi də bilmirəm...
O vaxt deyəndə, günortadan sonraydı, aldığım
bağ yerinə elə qəriblik çökmüşdü ki, gözə dəyən hər
şeyin görünüşündə səs vardı; səslənmə, ulamaq səsi.
Xəyalımla ucu-bucağı görünməyən qatar gedirdi, bu da
yəqinki bağlara çökmüş ilğımları yaxından hiss
elədiyimə görəydi. İnnab ağacını da o vaxtlar təzəcə
əkmişdim... Bioloq Teymurla katibə əllərində innab
şitili bağa baxmağa gəlmişdilər. Teymur ayağını
dayandığı yerə vurub:
-Burdan əkərsən, - dedi, innabın şitilini katibədən
alıb mənə sarı uzatdı. - İndidən ək, - dönüb katibəyə
baxdı, - indidən əksən bir yerdə doğallar. Bu meyvə
gətirər, o da uşaq.
Katibə əlini yenə qarnının üstünə qoyub:
-Eh, hanı məndə o baxt... -dedi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İndi innab gör, nə boyda olub, ağacı sulaya-
sulaya:
-Doğrudan da hər şey bir-birinə bağlıdı, - deyirəm
öz-özümə. -Katibə də doğa bilmədi, bu da...
“...Bəlkə səhv eşitdim, bəlkə İmirxanlı Teymurdu
ölən...? Gərək soruşaydım... Teymur kimdi? Hansı
Teymur? Zəng eliyənin də kim olduğunu bilmədim...”
“Ah, Əmir Teymur...!” - Əmir Teymuru
xatırlayıram, hardan yadıma düşür, anlamıram...
Ayağını çəkə-çəkə üstümə yeriyir. Bu yaxınlarda onun
haqqında ssenari yazdım, çoxseriyalı televiziya filmi də
çəkildi. İndi nə qədər istəyirəm ki, əmiri Fuad
Poladovun qiyafəsində təsəvvür etməyim, alınmır...
Fuad Poladov Əmir Teymur geyimində üstümə gəlir.
Filmdə Əmir Teymurdan soruşurdular: “Sənin
dəri yığanın niyə erməni olub?” Cavabı beləydi. “Çox
aradım, axtardım, gördüm erməni kimi dərini hiss
eləyən yoxdu...”
Əlimdəki su qabında su qurtardı, qolum
yüngülləşdiyinə görə xəyaldan ayrıldım, sonuncu
damlaların ağacın dibində bir-birinə can ata-ata nece
yox olduğunu gördüm; yerində qalan nəmişliyə baxa-
baxa torpağın altını, - ağacların, bitgilərin kökünün
olduğu yeri təsəvvürümə gətirmək istədim... “yəqin ki,
üstündə olduğu kimi yerin altında da kök kökə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qarışmaz... yəqin ki, üstəki kimi torpağın altı da
bölünmüş olar, bəlkə də üstündə olduğundan da
ədalətsiz şəkildə bölünüb...
Beləcə, neçə ildi innab ağacının kökünü təsəvvür
eləyə-eləyə dərdini tapa bilmirəm. Axırda dediyim kimi
bu yazağzı Moskvaya bioloq dostum Teymura zəng
eləmişəm.
-Bəlkə suyunu az eliyirsən, - dedi, - yeri yaxşıdı,
görmüşəm, başqa nolmalıdı...? Sən qılıqlı adamsan,
sənin bağın-bostanın yaxşı tutmalıdı, qaşqabaqlı
deyilsən, kim oldu, nə oldu, sevənsən. Ağaca suyu
verəndə də elə hesab elə ki, su sənin içinnən axır...
İstədim ağacın kökü haqqında bəzi şeylər
soruşam, yəni bitgi kökləri torpaqda nece hərəkət edir,
əsasən hansı səmtə can atırlar? Oğurluğu onlar da
anlayırmı? Başqa canlılar kimi dolanmaları necedi?
Bir-birindən oğurluq eliyirlərmi? Nece yola gedirlər?
Misalçün, budu, innabla nar yan-yanadı, kökləri
aşağılarda neynir? Orda da hərənin öz yeri varmı?
Telefonda bu boyda şeyi burdan ora nece deyəcəyimi
tez həll edə bilmədim:
-Yanında kim var, -dedim, - “quşları” yenə başına
yığana oxşayırsan?!
-Hardan bildin?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sən də qızlara qılıqlısan, sən də qızlar olan tərəfə
can atırsan, sənin də kökün qız olan səmtə bitir, özü də
rus qızları, hıı?! Yoxsa hər şeyi atıb Moskvaya
getməzdin... Burda biolojiya institutu yoxdu, bəyəm? -
Bu arada bütün ruhumla Maskvada təkmilləşmə
kursunda bir yerdə keçirtdiyimiz günləri xatırlayıb
soruşdum. - Şkolnaya küçəsi yadındadı? Fryazino
şəhəri...!
-Həə, - dedi, - Gödək küçə... sən də belə bir hekayə
yazmışdın...
...Teymur bilir, bioloq dostum, bilir ki, mənim
Moskvadan xoşum gəlir, hələ niyə xoşum gəldiyini də
anlatmışam... “Bilirsənmi...” - dedim...o vaxt. Mən
bunu deyəndə günorta üstüydü, elektrik qatarında
Fryazino şəhərinə, Məşədi İbadın sözü olmasın, qız
yanına gedirdik, yüngülvari milli bazarlıq da eləmişdik.
Hər yan elə qatı yaşıllıq içindəydi ki, deyirdin qatar da
tələsə-tələsə bu yaşıllığa qarışmağa, itib-batmağa gedir.
Yan- yörəmizdəki adamlar da göm-göy, yam-yaşıl
baxışlarıyla bu yaşıllığa qarışmış
kimidi...“Bilirsənmi...- dedim, bir də. -...rus kimi öz
təbiətinə, yerinə-yurduna oxşayan ikinci xalq görməmi-
şəm. Sən bir qızların baxışlarına bax, yam-yaşıldı...”
“Qız yanına gedirsən, onlara işin düşüb, ona görə
belə gəlir sənə...” dedi, Teymur. “ Baxım bir də, adresi
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ver.” Balaca kağız parçasıdı, mərkəzi univermağın
möhürü də üstündə, bayaqdan əlimdə tutmuşam, ona
uzadıram.
Teymur kağızı alıb bir də bərkdən oxuyur:
-Qorod Fryazino, Şkolnaya- 27...
Gendən baxanda uzun dimdikli yay şapkasına
oxşayan şəhərdi, demək olar ki, bir dənə küçəsi var,
Şkolnaya. Küçənin tək saylı səmtinə baxa-baxa
gedirik: 1-3-5...
Dünən univermağın foyesində həmin qızlarla üz-
üzə dayanmışdım...birinin gözləri o qədər göydü ki,
göylüyündən giləsi seçilmir, baxa-baxa qalmışam;
baxışları su kimi, hava kimi rəngini dəyişə-dəyişə axır,
o yana, bu yana...Mən onlara dondurma almışam,
gülümsəyə- glümsəyə dondurma yeyirlər:
-Net, on ne zayatc...
68
Mən gözləri lap göy olan qızı anlamadım.
“..zayatc”, kimə deyir görəsən? Mənə deyirsə, nə
dovşan? Dovşan nədi?!”
Ünvanını yazıb verəndə hər şeyi unutdum:
“q.Fryazino, Şkolnaya- 27. Budim jdat...”
69
Səhəri elektrik qatarına minəndə Teymur elə belə
də dedi:
68
Yox, o, dovşana oxşamır (rusca).
69
Gözləyəcəqik (rusca).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bilirsən burda “dovşan-zayats” kimə deyirlər?
Alverçiyə... burdan alıb, ordan satana.
-Mən alverçiyəm ki?
-O da onu deyir... səni alverçiyə oxşatmayıb.
Çatmışıq, ikimiz də sevinə-sevinə bu başından
baxanda o başı görünən küçəylə deyə-gülə gedirik:
-Ruslar sağ olsun, - deyirəm-problemsiz xalqdı,
dincdilər, heç bizim Bakıda Sovetski küçəsinnən belə
kişilənə-kişilənə keçə bilərdik?!
Doğrudan da elə bil uzun ayrılıqdan sonra öz
küçəmizə qayıtmışıq, az qalırıq ətrafa əl eləyək...
Həyətlərdə adamlar olsa da səs-səmir yoxdu, hər
yan elə yaşıldı ki, deyirəm, yəqin bu səssizlik də
yaşıllığa görədi. Mən gözlərinin göylüyündən giləsi
seçilməyən qızın baxışlarını xatırlayıram... “budem
jdat”
-Nə təhər şeydilər?- deyir, Teymur. Axşamnan
bura on dəfə soruşub. -Heç olmasa zəhmətimizə
dəysin.
-Birinin gözü elə göydü... -deyirəm, əillərimin
ikisini də irəli uzadıb hər şeyi canında qərq etmiş
yaşıllığı göstərirəm.
-Ey vı, k komu idyote?
70
-Bunların arasında yoxdular? - Teymur soruşur.
70
...kimin yanına gedirsiz (rusca).
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bayaqdan bizə fikir vermirdilər, indi tamaşamıza
qızlar çıxır, o qapıdan, bu qapıdan əl eləyirlər, hələ
beş-altısı ardımızca gəlir. Mən onlara bir də göz
gəzdirib:
-Yoxdular,-deyirəm.-Bunların arasında yoxdular.
- Səsimin dəyişdiyini özüm də hiss edirəm.
Teymur çiyinlərini qısıb qəribə görkəmə düşür:
-Bilirsənmi, arada nəsə var, -deyir. - Mənə elə
gəlir, bütün məhlə bizi gözləyirmiş, sənin qızların bizi
aldadıb...baax!
Doğrudan da küçənin sonuna yaxın bütün qapılar
açıqdı, qoca rus qarılarınacan bizi gözləyirlər.
-Hə, sənin dovşanların bizi aldadıb,- Teymur
dayanıb kədərini, daha doğrusu, pərtliyini gizlətmədən
küçənin qurtaracağına baxır. - Küçə 24-cü evəcəndi, -
deyir, - 27-ci ev yoxdu...
Sonuncu evlə üz-üzə quraşdırılmış, bayaqdan
suyunun səsi gələn bulağa tərəf gedir, mən də dalınca.
Bulağın yanında süfrə masası var, Bakıdan onunçün
gətirdiyim, indisə qızyanına götürdüyümüz gülöyşə
narları, güney mandarinlərini, göyərtilərini, indinin
diliylə desək, mentalitetimizi çıxardıb masaya düzür,
ardımızca gələn qızlara sarı dönüb araq, şampan, kon-
yak şüşələrini başının üstə qaldırıb yelləyir:
-Gəli-iin...!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qızlar duruxub ayaq saxlayırlar, bunu
gözləmirdilər, ona görə də çaşqınlıq içində bilmirlər
neynəsinlər. Teymur onlara bir də əl eləyir, konyak
şüşəsinin ağzını açıb bulaq daşının bir küncünə
qoyulmuş stəkana konyak süzür, bir-iki addım qızlara
sarı gedib:
-Gəlin, içək, -deyir, - içək, peçeneqlərin
sağlığına...!
Mən səbəbini bilmədən ayağımın ucuna qalxıb
boylanıram, peçeneqləri axtarıram elə bil; “hardan
ağlına gəldi, heç vaxt cöz salmazdı bunnan... tarix
müəllimimiz “bacanaqlar” deyirdi. Deyirdi, peçeneqlər
ruslarla bacanaq olan türklərdi.”
Mərkəzi univermaqda tanış olduğum qızlar yoxdu
aralarında, mən elə bil itiyimi axtarıram, gözüm orda
burdadı... İstəyirəm yaşıl gözlü qızı səsləyəm, içim səslə
doludu, adı yadıma düşmür, əlimi cibimə salıram ki,
qızın yazdığı kağızı çıxardam.
-Kağızı çıxartma, - deyir, Teymur...
Gələnlər bizi çoxdan tanıyırmışlar kimi başımıza
yığışdılar. Süfrəyə düzülənləri görüb hərə bir evə qaçdı,
biri qab-qacaq, biri turşu, biri də qarmon gətirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Jenitsya priyexali!
71
... -Küçənin ortasında yarı
yaşını ötmüş qadın ora-bura əl eləyib çır-çır çığırırdı.
Həyətlərdən nə soruşdularsa qadın tələsik, -
pomoyemu iz Kafkaza
72
, - dedi, dönüb bizə sarı qaçdı.
Özü tatara oxşayırdı, uzunsov, qıyma gözləri
vardı, bizə doğru elə gəlirdi, elə bil neçə ildi bizi
gözləyirmiş.
Teymur gözlüklü bir qadınla qızların indi
gətirdikləri stəkanları süfrəyə düzür:
-Arxeoloqam...-deyir, gözlüklü qadınla üz-üzə
durub.
Yenə boylanıb ora-bura baxıram: “arxeoloq
niyə...nədi fikirləşdiyi görəsən?” Ətrafda keçmişdən
qalma heç nə yoxdu, köhnə sınıq-salxaq traktorlardı,
bir-birinin üstə qalaqlanıb səliqəylə küçənin
qurtaracağına yığılıb.
-Kurqan axtarıram,- deyir Teymur, ayağının
ucuna qalxıb boylanır. Qızların, arvadların hamısı
başına yığışıb, əlini dolandırıb balaca şəhərciyin dörd
səmtini göstərir. - Mamaydan qalma kurqanları... -
Peçeneqlər, eşitmisiz? Polovestlər... polovtsı.
71
Evlənməq gəliblər.
72
Məncə Qafqazdandılar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Heç kəs heç nə demir, süfrəyə düzülənləri göstərib
bir-birindən nəsə soruşurlar. Mən gülümsəyərək,
sakitcə:
-Qəlizləşdirmə, - deyirəm.
Teymur mənə fikir vermir, soruşur:
-Bəs, kilsəniz yoxdu? Mən sizin kilsənin
divarlarına baxmaq istəyirəm... divarındakı yazılara.
-Yox,-dedi, gözlüklü qadın, -vardı, otuzuncu
illərdə yıxdılar.
-Za kovo pyom?!
73
-Yoğun, xırıltılı səsə ikimiz
də birdən döndük, orta yaşlarında əlində boş stəkan,
başında əzilmiş, köhnə şlyapa olan kişinin hansı
səmtdən çıxdığını bilməmişik.
-Za Mamaya... -dedi, qızların, qadınların
arasında çiçəyə oxşayan məktəbli qız.
Kişi dodağının altında yan-yörədəkiləri söyüb:
-Tolko etoqo ne xvatala
74
, -dedi.
Keçib masanın qırağında əyləşdi, içgi şüşələrinin
üstünü bir-bir oxuyub başını qaldırdı:
-Naley, Nastya! “Ağdam” naley, - deyib əlini
Teymura uzatdı,- Aleksey Sergeyeviç.
-Çut ne Puşkin, - dedi, Teymur, onun əlini sıxdı.
73
Kimin sağlığına içirik?!
74
Bir o qalmışdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ayağı yer tutan üstümüzə gəlir, amma aralarında
kişi yoxdu, hamısı arvad-uşaqdı. Mən özümü saxlaya
bilməyib soruşuram:
-A qde vaşi mujiki
75
?!
-Sənin də işin-gücün qurtarıb daa... - Teymur gülə-
gülə öz dilimizdə deyir ki, başa düşən olmasın.-Kişi
lazımdı sənə?
Hər yanımda bir qız dayanıb, iri qızlardı, elə məni
boyda. Teymurun belə deməyinə pisikirəm, amma mən
də gülürəm ki, qızlar bir şey anlamasınlar...
-Düz deyirsən, sən də tarixdən danışma, burax
tarixi... Görürsən, darıxdırır adamı.
Doğrudan da Teymur kimi yan-yörəmdə olanlara
qaynayıb-qarışa bilmirəm, yaşıl gözlü qızı gözləyirəm,
az qalıram yanımdakılardan soruşam. Teymurun
gözündən heç nə yayınmır:
-Sağındakı gör hara baxır, sən də ora bax... -deyir
badəsini qaldırır, -Aleksandr Sergeyeviç,- arada gülür,
- za Puşkina... za Mamaya, za vas!
İçirlər, sağ yanımdakı qız doğrudan da harasa
işarələr eləyir, Teymur bunu deyirmiş, başımı qaldıran
kimi küçənin cüt saylı tərəfindəki iki mərtəbəli mənzilin
pəncərəsindən bizə baxan qızları görürəm... “Aha,
75
Bəs kişilərimiz hardadı?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
mənin qızlarım...” sevindiyimdən az qalıram qışqıram,
badəni pəncərəyə sarı qaldırıb qışqırıram:
-...za Mamaya, - deyib başıma çəkirəm...
Pərdə qırış-qırış olub dartınır, univermaqda tanış
olduğum qızların təbəssümləri pəncərə şüşələrinə
yayılıb itir:
-Teymur, tapdım...! -deyirəm, həyəcanla.
-İndicə onlar da gələcək... -Teymurun səsi
boğunuq çıxır, elə bil başına yığışmış qadınlar, qızlarla
bir yerdə şüşə qabın içindədi.
-Vı na samom dele jenitsya priyexali?
76
- Aleksandr
Sergeyeviç badəni başına çəkir, qarmonu götürüb
oynaq bir hava çalır. -Ah, Kafkasskiye orlı
77
... -deyib
oynaya-oynaya başımıza dolanır. -Ne uyezjay qolubçik
moy...
Ömrüm boyu unuda bilməyəcəyim rəqs anları
başlayır; qadınlar, qızlar bizi əldən-ələ ötürə-ötürə
dəyişrlər, uzun növbə yaranıb, başım hərləndiyinə görə
gözlərimi yummuşam. Teymuru elə bil suya salıb
çıxardıblar, yaraşıqlı çöhrəsi sevinc içindədi, üz-gözünə
dağılmış saçları, atdanıb düşməkdən daha da
pırpızlaşmış bığları tərdən parıldayırdı.
76
Siz doğurdan da evlənməyə gəlmisiz?
77
Ah, Qafqaz qartalalrı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ona yenə konyak ver, - Teymur Aleksandr
Sergeyeviçi göstərdi. - Elə belə ayaq üstə içirt.
Konyak şüşəsini götürüb Aleksandr Sergeyeviçə
sarı getdim...Artıq axşam düşürdü, gün batmaq
üzrəydi. Günəşin batmağı qarşı yaxada gözə görükən
nə vardısa bizim tərəflərə oxşatmışdı. Bizim kəndə də
axşam belə düşür. Axşam günəşlə bir yerdə enir, hər
şeyi sıxıb üfüqlərə yapışdırır. Aleksandr Sergeyeviç
konyak şüşəsini əlimdən alanda özümə gəldim.
Axşamın düşdüyü səmtdən yaşıl gözlü qızın mənə tərəf
gəldiyini gördüm. “Zayats...” bu sözü deməliyəm ona,
deməliyəm ki, özün dovşan çıxdın...” Üz-üzə dayandıq,
gözlərinin rəngi dəyişib elə bil, bəlkə də axşamın
düşməyindəndi... Bizə heç kim fikir vermir, artıq hamı
səmtini itirib, ayıq adam yoxdu, Qızın əlindən tutub
süfrəyə tərəf gətirdim. Teymur görünmür, istədim
soruşam, amma elə bil məni indi görürlər, heç kəs
tanımadı.
Aleksandr Sergeyeviçin qarmonu susub, bir əlində
boş konyak şüşəsi, bir əlində qarmon ağaca sökənib,
dinməz söyləməz başını silkələyir, baxan kimi bilirsən
ki, indicə kimisə söyəcək, üz-gözündən söyüş yağır.
Gözü mənə sataşan kimi bütün gücüylə konyak
şüşəsini üstümə atdı:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |