2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bir ay qabaq Teymurla sahil bağında onu gözləyirdik,
hava sərin idi, ikimiz də yanaşı dayanıb küçənin o
başına baxırdıq... Amma o, tamam başqa səmtdən
çıxdı. Az qala qaça-qaça bizə tərəf gəlirdi. Çanta qarı-
şıq əllərini yellədikçə köbəyinə qədər acılırdı... Çatan
kimi Teymurun boynuna atdandı, Teymur, o da
boynunda:
-Mən ölüm, bunun qarnına bax, buz kimidi,-dedi.-
Bir əlini vur.
Telefon səslənəndə su stəkanlarını təzəcə
soyuducuya
qoyub
çıxmışdım,
innab
ağacını
sulayırdım, “...görək bu il də tökəcəkmi meyvəsini...hə,
bu da sürüşkən arvadlar kimi uşağını salır...balasını bu
da saxlayammır. Hı, xanım...?!”
Katibə yarpaq rəngli gözlərini üzümə zilləyib
dinmir, evdə bişirib gətirdiyi kotlet əlindədi, mən
başımı uzadıb katleti dişləyib üzüm ovcunda eləcə
qalıram; belə şeylər xoşuna gəldiyinə görə demək olar
ki, onunçün oyun oynayıram.
-Mənim sənnən də uşağım olmadı...- deyir,
boynumun açıq yerinə yapışqan kimi isti damcılar
düşür, silmək istəyirəm, elə bilirəm boynuma düşən
şam ərintisidi. Üzüm hələ də ovcunun içində katleti
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çeynəyirəm, çənəm dizlərinə dəydikcə gülür, - ağzını
elə tərpətmə, -deyir, - qıdığım gəlir...
Səhər tezdəndi, lap tezdən... bizdəki həvəsə bax,
həvəsə də yox, iştahaya, o başdan gəlib onu da götürüb
Şıx çimərliyinə aparmışam. Heç kəs yoxdu, maşını üzü
dənizə saxlamışam, Günəş dənizin üzündən azca
aralanıb, hər şey elə gözəldi ki, Günəşin nə vaxtsa
dənizdən aralanıb gedəcəyinə, axşamın düşəcəyinə ağıl
kəsmir.
Dünən elə beləcə dedi:
-Elə vaxt gedək ki, günəşin doğduğunu görək...
Beləcə, Günəş gözümüzün qabağında doğur...daha
doğrusu doğulur.
Maşının içində balaca süfrə açıb, katleti bir-bir
ovcuna götürür, mən də elə ovcundan yeyirəm.
Başımı qaldırıb əlimi boynuma çəkirəm, üz-
gözündə hər şey bir-birinə qarışıb; gülmək, ağlamaq,
sevişmək istəyi:
-Ağlama,-deyirəm, qarşımızda açılan mənzərəni
göstərirəm. -Belə vaxtda adam ağlamaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Elə ona görə ağlayıram...gözümün qabağında hər
şey doğur, hər şey doğulur! - deyir.
Katibəni bu cür xatırlamağım ürəyimi sıxır, innab
ağacının dibində, “...telefonunu bilsəydim zəng
eləyərdim...” deyə düşünürəm. “Teymurla onun ev
məsələsini düzəldə bilmədik...”
“Mən elə bilirdim sənnən uşağım olacaq, yuxuda
da görmüşdüm...” Bunu son vaxtlar tez-tez deyirdi.
“Gör, özünə necə oğlanlar doğuzdurmusan, gör necə
oğlanların var, nolardı, axtarıb arayıb birini də məndə
tapaydın!”
Əlimdəki süzəncdə su qurtarıb, eləcə fikrə
getmişəm, innab ağacının tikanları var, söykənmək
olmur, xəyaldan ayrılıb ağaca təzədən fikir verirəm,
özü sağlamdı, köklü-köməcli... Deyirdilər; - bəlkə təkdi,
bəlkə erkəyi yoxdu, tozlanmır, mayalanmır bəlkə, ona
görə meyvə gətirmir.
Qonşunun hasarından başını çıxartmış innab
ağacına baxdım: “ Noldu, bəs? Sizin sevişməyinizdən
bu il də bir şey çıxmadı!”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ağacla zarafat eləsəm də birdən-birə əhvalım
dəyişdi... Kənddəki həyətimizdə qurumuş armud
ağacını xatırladım... səkkiz, doqquz yaşım olardı.
Yazbaşıydı, bir armud ağacımız tumurcuq
açmamışdı. Nənəm ağacın dibində diz çöküb
ağlamsına-ağlamsına üzünü ağaca tutmuşdu:
-Noldu sənə, bacım? Haran ağrıdı? Niyə gəlmirsən
bu il?!
Mən əlimdə bir qab su, ağacın gövdəsindən
yapışıb iki arada gözləyirdim, nənəm qolumdam dartıb
qırağa çəkdi. Onda bildim ki, bu sözlər ağaca deyilir.
Ağaca deyildiyini bildikləri üçün böyüklər yox,
uşaqların hamısı içini çəkdi, ağlamaq istədilər.
-Kimnən küsdün gəlmədin?! - Dikəlib mənə sarı
uzandı, əlini su qabına salıb hörüklərinə çəkdi. -
Suyunmu yoxdu, -dedi, - yiyənmi yoxdu? Qayıt gəl,
kəsərlər səni, oda qalayarlar! Bə biz necə dözürük, necə
uşaq doğub böyüdürük, anam-bacım, oğul-uşağınla sən
də gəl, çıx! Bax, hamı əli bıçaqlıdı, səni kəsərlər!
Dönüb arxaya baxdım, niyəsə qonşumuzdakı
boylu gəlini də gətirmişdilər, gəlin utana-utana
gülümsəyirdi, bilmirdi neynəsin, sonra ərinə doğru
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
uzandı, ögüyürdü deyəsən... Bu arada babam baltanı
başının üstə qaldırıb qışqıra-qışqıra ağacın üstünə
yüyürdü:
-Ay namərd, kəsdim səni...! - deyib baltasını
ağacın gövdəsinə sancdı...
Dedilər:
-Yarasına su tök...!
Mən əlimdəki su qabını balta qarışıq ağacın
çapılan yerinə boşaltdım.
Nənəm ağacın çapılan yerini sarıyırdı.
-Qorxdunmu? Səksəndinmi? Hə...ayılarsan indi,
ayılıb gələrsən!
-Həə, qorxutduq... -Babam balta əlində ayaq
üstəydi. Əlini ağacın gövdəsinə çəkib gülümsədi. -Kökü
gərnəşdi, -dedi, - indi gəlib çıxacaq, darıxma.
Boylu gəlinin də ögüməyi kəsmişdi, ərinə sığınıb
gülümsəyirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əlimdə su qabı - süzənc, o günləri xatırladım,
aradan çox keçib, armud ağacı o vaxtdan tumurcuq
üstədi, hazırdı...
-Bəs, bunu neynim ki, mevəsini salmasın...?” Bir-
iki addım aralanıb innabın eninə uzununa bir də
baxdım:
-...söz yox, boyludu, -dedim, öz-özümə, -
ikicanlıdı...
Arvadımı xatırladım, sonbeşiyə boylu olanda o da
elə beləydi, innab ağacı kimi enlənmişdi, səhərdən
axşamacan otaqların arasında ayaqlarını haragəldi
atır, qarnı böyüyəndən sonra üz-gözündən yığışdıra
bilmədiyi təbəssüm, evin içində deyinə- deyinə
hərlənirdi. “Öz-özünə nə deyirdi görəsən?” Daha
doğrusu, düşünürdüm ki, qarnındakını qoyub başqa nə
haqda düşünmək olar...? Bir dəfə yanımdan keçəndə
qulağımı ağzına sarı tutdum ki, görüm nə deyir. Heç nə
demədi, sakitcə başımnan yapışıb qarnına sarı
sürüşdürdü, düz köbəyinin üstünə gətirdi:
-Bax,- dedi,- tərpənir...
Qarnı boynundan istiydi, bayaq başımı boynuna
qoymuşdum; boynu, sinəsi sərindi. Gözlərimi də
yumub xeyli beləcə, başım qarnının üstündə qaldım...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Doğrudan da elə bil kimsə çəkinə-çəkinə pəncərə
döyürdü. İçəridən döyüntü, yaşamaq səsi gəlirdi, iyirmi
ildə unuda bilmədiyim səs-duyğu. Yenə gecə-gündüz
qurdaladığım kompyüterin düşüncəmdə səhifələnən
içini xatırladım; hələlik söz tapıb izah edə bilmədiyim
dərinliklər yerini dəyişə-dəyişə uzanıb getdi.
-Qarnındakıyla danışırsan?
-Hə, - nəfəsiylə dedi, söz işlətmədi, -hə...!
Səsi də bayaq köbəyinin ystə başımı qoyanda
eşitdiyim döyüntüyə oxşayırdı; içindən gələn yaşamaq
səsi, nəbz döyüntüsü...
Bütün bunları fikirləşə-fikirləşə innab ağacını
sulayıram. Kiminsə əlindən qaçırmış kimi ağacın
dibinə can atan su məni də azaldır elə bil, yəqin
məndən də nəsə gedir, çünki dincəlmək əvəzinə
yoruluram.
Moskvalı dostum, bioloq Teymur nece demişdisə
eləcə, bir stəkan suyu adam hesab eləyib ağzımnan
gələni düz suyun üzünə dedim, söydüm suyu, “ağzı-üzü
qalmadı”:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Sən nə susan, - dedim, - haragəldi burununu
soxan, yeri-yurdu bilinməyən, bulanıq, kirli, qarışıq
alçaq, nə düzəməlli əlimi yuyursan, nə də üzümü,
yalançı, saxta... suya tüpürməzlər, amma mən
tüpürürəm, tfu, sənə, deyirəm.
Beləcə, söyüb-söylənib stəkanın ağzını bağlayıb
qoydum soyuducuya. Sonra bir stəkan su yenə
doldurdum,
üz-gözümü
dəyişdirib
gülümsəyə-
gülümsəyə stəkana baxdım. Bioloq dostum demişdi ki,
elə söz de ki, su səni hiss eləsin...yalandan qışqırdığını
bilməsin. Bil ki, su ətrafını yayılmasıyla anlayır, illah
da adamı, səni anlaycaq. Sən suya elə belə baxma, sən
suya duyğular seli kimi bax...Söydüyün suyu da,
öydüyün suyu da qoy soyuducuya, gör nolacaq...
-“Belə kinli, belə hirs içində, ona-buna söyüş
yağdıra-yağdıra hələ bir istiyirsən əlini də yuyasan, elə
bilirsən su səni yuyacaq?! Yumayacaq, elə beləcə,
bulaşıqlı
yaşayacaqsan...!”
Əmimin
sözüdü,
qonşulardan kiməsə deyirdi. Mən balaca həyətimizin
lap yanından keçən çayın qırağında oturub “Əmir
Teymurun vəsiyyətləri”ni oxuyurdum. Əmim belə
deyəndən sonra daha oxuya bilmədim. “...yalvar suya,
icazə al, yoxsa su səni yumayacaq...” Kitabı bir yana
qoyub suya baxa-baxa qaldım. Su qəribə həvəslə,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
iştahla axıb gedirdi, bu cür ayrılmaz, bütöv olmağı,
özünə axmağı suyu yan-yörəsinə qarışmaqdan, yox
olmaqdan,
yan-yörəyə
hopmaqdan
qoruyurdu...Doğrudan da, görünür suyun axıb getməsi
özünü qorumağı üçündü. Görünür əlimizdən qaçır ki,
yerə-yurda, adamlara hopub yox olmasın...
Xəyalımda əlimi suya salmışdım... gözümü yumub
əmimi xatırlaya-xatırlaya bir stəkan suyla xeyli beləcə,
üz-üzə qaldım ki, görüm nece yalvaracam, suya:
-Sən də mənim anamsan su, - dedim, ağzımı açan
kimi, elə ürəkdən dedim ki, anamı xatırlayıb
kövrəldim. - Sən- dedim, - yeganə duyğusan ki, toxuna
bilirəm, sənnən başqa bütün duyğular mücərrəddi,
“...mücərrəd sözünü su annamayacaq”, bunu da
fikirləşdim, ürəyimi yumşaldıb təzədən yalvarmağa
başladım.- ...güllərinən gülən, çiçəklərnən çiçəklənən,
Tanrıdan gələn, üzü Tanrı ətəyi, ruhuma qonan
su...Sən də mənim anamsan. Anam su...!
Bioloq dostum eşitsə, - əməlli başlı şairmişsən ki,-
deyəcək... Nə isə, qalxıb yalvardığım, təriflədiyim bu
stəkanı da soyuducuya qoydum. Buza dönənə kimi
gözləməliyəm...görək nece donacaqlar. Elə o vaxt
Teymurdan soruşdum.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yaxşı, stəkanlar donannan sonra, nolacaq ki?
-Görəcəksən, rənglərini nece dəyişirlər. Hərəsi bir
cür rəngdə donacaq. Söydüyün gömgöy, əsəbi...
Öydüyün, təriflədiyin ağ, parlaq...
Ağacların arasında nəyi gözləyirəm, bilmirəm,
həə, telefon zəngini gözləyirəm, əlimdəki yenə su
qabıdı, süzənc:
-Allah innabın da balasını saxlasın...!- Yenə dua
eləyə-eləyə sulayıram ki, innab ağacı meyvəsini
salmasın, süzgəcdən çıxan su da şairlər demiş, gül
bağlayıb axır, axan kimi də yox olur, ona görə də
deyirəm, elə bil əlimnən qaçıb gizlənir... Nə isə, bir
azdan gedib stəkanlara baxmalıyam...
“...Teymurun cənazəsini gətirillər, Urusetdən...!”
-Teymur...yazıq, bioloq Teymur! - Niyəsə birinci
bu, bioloq Teymur ağlıma gəlir, səbəb də onu bilirəm
ki, görünür, bioloqa nəsə olub ki, səhərdən boş yerə
gəlib yadıma düşməyib. - Aranda tutnan, atdan, dağda
qurudnan, arvaddan olan dostum!- deyib düzəltdiyim
cümləyə gülürəm.
Süzənci qoyub telefondakı qurumuş qadın səsini
bir də xatırlayıram... “Teymurun cənazəsi...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Yox, katibənin səsinə oxşamadı, katibənin səsi
belə deyildi... -elə bil öz-özümdən soruşuram. Teymur
deyərdi ki, katibə danışanda elə həyəcanlı danışır ki,
elə bil canında kişi əli dolaşır. - Bioloq deyilsə, kimdi
bəs?! Hansı Teymurdu...? –Bunu bərkdən dedim, elə bil
kiminsə üstünə qışqırırdım. Yoxsa şahmatçı Teymur
Məmmədov? Nəhəng dostum... Birdən o olar?! Axır ki
öldü, canını qurtardı.”
...şahmatçı Teymurun son zamanlar ayaqları
tutulmuşdu, yeriyə bilmirdi. Nə boyda boyuyla
gözümün önünə gəlir; şahmat masası arxasında o
oturub, mən ayaq üstəyəm, az qala oturmuş halda
məni boydadı, birinci kərədi şahmat oynayırıq...
Mənim belə yaxşı oynamağıma inanmaq istəmir, bir-
iki kəsgin gediş eləmişəm, məətəl qalmağı üz-gözündən
bilinir, uzunsov hun sifəti istehzayla doludu...onun
düşüncəsinə görə mən şahmatı yaxşı oynamamalıyam.
Niyə? Səbəbini sonralar anladım...
Gör, bizim haqqımızda nə fikirdədi, rus orta
məktəblərində nə deyiblərsə, nə yöndə dərs keçiblərsə,
türk olan kəsləri nece tanıdıblarsa məndə yaxşı nə
görürsə inanmaq istəmir. Nəinki məndə, bu boyda
şəhərdə... ona görə də ürəyimdə: “...yaxşı,- deyirəm, -
sənin başına bir oyun açım, bu millətlə bağlı elə şeyləri
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
gözünə soxum ki...” Sonra fikirləşirəm, nədən
başlayım, hardan başlayım...
Rusiyanın harasındansa indi gəlib çıxıb,
azərbaycanca bir kəlmə də bilmir, amma bütün
deyilənləri anlayır, nece anlayır, hardan anlayır, özünü
bicliyə qoyub yoxsa, heç kəsin ağlı bir şey kəsmir. Elə
belə də fikirləşirlər; “Azərbaycan dili indi dəbdə deyil...
bilir, danışmır...bilməsən dili nece anlamaq olar....”
Soruşuram:
-Teymur, sən doğrudan da bizim dildə
danışammırsan?
-Yox,- deyir, - heç nə bilmirəm.
-...Axı, bilənə oxşayırsan, hardansa anlayırsan,
anladığın üz-gözünnən hiss edilir...
Heç nə demir, üz-gözündə iztehza
cizgiləri dolaşır... “Kəndə aparım bəlkə...,”
fikirləşirəm, şəhərdə nə qalıb, nə göstərəm...hamı
xristianlara oxşamağa çalışır. Saçlarını rəngləmiş,
özünü bir vaxtlar rusa, indi də avropalılara oxşatmaq
istəyən arvad-kişi, oğul-uşaq nə qədər
istəyirsən...Kəndin harasına aparım, yaxşı?! Harası
qalıb kəndin?
Nə eləməliyəmsə tək başıma eləməliyəm.
Şahmatda uduram, quruyub qalır, stolüstü tennisdə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
uduram, üzündəki iztehza cizgiləri dəyişir, ağlamağa
oxşayır...Kədərlə başını bulayır.
-Bura bizim milli parkımızdı,-deyirəm...Tennis
oynayanda, qollarımı dənizə tərəf açıb göstərirəm. -
Müstəqil olan kimi birinci burdan başladıq, söküb
düzəltdik...Bilirsən nə qədər millətin izi vardı burda?! -
Əlində raketka dayanıb baxır, heç topu da qaytarmır. -
Sən bilmirsən, -deyirəm, - buralara çıxanda heç
anlamazdın hansı respublikaya gəlmisən.
Bu sözdən sonra oynamır, oynamaq istəmir,
dinməz-söyləməz dənizin yaxası boyu uzaqdan dikələn
bayrağımıza sarı gedirik:
-Siz,-deyir, birdən-birə, - çox tez dövlətə oxşaya
bildiniz, oxşatdınız özünüzü, bayrağınız gözəldi. -
Başını qaldırıb altdan-yuxarı bayrağa baxır, uşaq kimi
sevindiyini görürəm, onun haqqında kim nə deyir,
desin, mən də ona qoşulub gülümsəyirəm. -Hardan
götürdünüz bu bayrağı, mən yerini tapa bilmirəm?!
Türklərdə var belə bayraq, amma belə də deyil, başqa
cürdü... Himniniz də gözəldi... - Sonra da əllərini yana
açıb təəccüblənməyini bildırir.
Bayrağımızın altında dayanmışıq, başımızın
üstündə bütün ruhuyla, varlığıyla dalğalanır, bu cür
ahənglə, qürurla açılıb yellənməyi elə bil mənim
üçündü, elə bil ürəyimdə vurur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Himnimizin də, Bayrağımızın da yüzə yaxın yaşı
var...-dedim, coşmuş halda, - sənin dünyadan xəbərin
yoxmuş. Hələ demirəm ki, bizim bayrağın izləri gedib
minilliklərə çıxır..
Dinmir, üzü qala divarlarınadı, yəqin istehzasını,
ironiyasını gizlədir... deyə düşünürəm.
-Atam həmişə, Azərbaycan, deyirdi, sizin dərdinizi
çəkirdi, elə bilirdi, azad yaşaya bilməyəcəksiniz, gecə-
gündüz xəbərləri izləyirdi ki, görək sizdən nə
deyiləcək...Tək atam yox, bütün ruslar elə bilirdi, ac
qalacaqsız, bir-birinizi qıracaqsız, dağılacaqsız.
Bilirsən niyə? Ona görə ki, siz heç vaxt özünüzə
oxşamaq istəməmisiz. Mənə elə gəlirdi ki, indi də
istəmirsiz. Amma gəldim, elə görmədim, siz
qonşularınızdan yaxşı yaşayırsız... ruslardan da... -Bir
ağacın altında üzü dənizə oturduq.- Sən məni
tanımırsan, elə bilirsən, bütün bunlar mənə xoş deyil? -
Səsinəcən dəyişmişdi, gözünü üzümə zilləyib xeyli
dinmədi, üz-gözünə yayılmasa da içinin gülümsədiyini
hiss elədim.-Atam evdə az olurdu, -dedi, başını
qaldırmadan. - həmişə işdə olurdu. Evdə mənimlə
həmişə azərbaycanca danışırdı, bircə kəlmə cavab ver,
deyirdi, öz dilində bir söz de, hə, de mənə, kişi ol, rus
olmadığını bil. Amma mən heç vaxt bu dildə
danışmadım, anam icazə vermirdi. Atam öz dilində
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
danışan kimi anam qapını açıb qonşuları çağırırdı. “U
nas doma artist, şut-kloun, posmotrite, çem on
zanimaetsya...” - Sonra sakitcə qolundakı, boynundakı
çapıq yerlərini göstərir. -Atamın üstündə bax, beləcə,
dalaşa-dalaşa böyümüşəm. Böyüyənnən sonra atamın
hansı millətdən olduğunu anladım, qədim tarixləri
oxudum... Azərbaycan haqda nə deyilibsə
öyrəndim...Orta məktəbimizə sübut elədim ki,
şumerlər, sonra da midiyalılar, mannalılar indi
azərbaycanlı kimi tanıdığımız Qafqaz türklərinin ulu
babalarıdı. Bir tarix müəllimimizə dedim, “yaxşı”,
“başka”, “payok”, “yama”, yüzlərlə belə sözün türkcə
olduğunu bilirsənmi?
Mən tələsik onun sözünü kəsib əlavə elədim:
-Çulki, şalvar... - dikəlib düz üzünə baxdım, -
...mama, sözü... bizim dildə deyil?!
Coşub, “kniqa” sözünün “gönnük” olduğunu,
yəni, dəriyə-gönə yazılan mənasında, çox sözlər
deyəcəydim, gördüm, heç fikir vermədi. Susub başqa
nə deyəcəyini gözlədim.
- Əgər,- dedi,- mədəniyyət, elm, fəlsəfə yunanlarda
yarandısa bu sözləri niyə yunan dilindən götürmədi
rus? Sibirdən tutmuş Qafqazacan yer adları niyə
yunanca, rusca deyil, türkcədi?!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Birdən-birə mənasını anlamadığım sevinc bürüyr
məni, gözlərim yaşarır, dinmirəm. Amma demək
istəyirdim ki, X1 əsr gürcü tarixçisi Leonti Mroveli
yazır ki 3 min ildi, Kartlidə xəzər dilində danışırlar.
Heç nə demirəm, deməyə də hələlik ehtiyac yoxdu...
Qız qalasına doğru gedirik. “Hə, Qız qalası bizli
də-bizsiz də hər şeyi deyir, yadların-yabançıların
üstünü vurmadığına, özünü elə apardığına baxma...
Daşın-divarın bu qədər doğma olduğu ona baxan
bütün adamların üz-gözündən bilinir. Üstümüzə yeriyir
elə bil. Anlayançün bəsdi. Bu arada hardansa mahnı
səsi eşidilir. İçimizə bağlı qədim mahnıdı, başımı qaldı-
rıb boylanıram... -Bizim mahnılarımız da qala kimidi, -
dedim, əllərimi qalaya tərəf uzatdım, qucaqlamışdım
elə bil. - Qalaya oxşayan musiqilərimiz, mahnılarımız
var. - Danışığımın yersiz olduğunu birdə-birə anladım,
səsim boğazımdan su kimi çıxdı, suyulub azaldı, elə bil
radioda danışırdım.
-Atam içənnən sonra işıqları söndürüb belə bir
müsiqiyə qulaq asardı, anam bizi onun otağına
qoymurdu, başına yığıb “pust sluşaet” deyərdi, “pust
uspokoitsya”. Bilirsən,-dedi, dönüb mənə baxdı, - atam
elə bilirdi, mən rus olacam... bir vaxtlar bunun fərqinə
varmırdım, indi anlayıram ki, atam elə ona görə o
boyda Rusiyada özünə yer tapa bilmirmiş...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |