HƏRƏKƏT APARATININ BİOMEXANİKİ SİSTEMİNİN QURULUŞU VƏ
VƏZİFƏSİ ( DAVAM )
3.8 ƏZƏLƏ İŞİNİN NÖVLƏRİ
Mexanika nöqteyi nəzərindən bir qüvvənin təsiri nəticəsində yük yerini dəyiĢirsə,
buna iĢ deyilir. Lakin fizioloji nöqteyi nəzərindən əzələ daxilində oyanma
prosesləri varsa deməli əzələ iĢləyir.
Əzələ iĢinin mütəlif növlülüyünün onun dartma qüvvəsi və uzunluğunun
dəyiĢilməsilə təyin olunur.
Əzələ iĢinin növləri (üstün gələn və tabe olan iĢ) bütün əzələnin uzunluğunun
dəyiĢilməsilə, yəni qısalıb uzanması və yaxud öz uzunluğunu saxlaması
xarakteri ilə təyin olunur.
Əzələ iĢinin əsas iki növü vardır. 1) statik iĢ-insanın vəziyyətini saxlayan.
2) dinamik iĢ - fəal hərəkətləri tərpədən. Bu zaman əzələlər ya qısalır
(üstün gələn iĢ), ya da uzanır (tabe olan iĢ).
Statik iĢ zamanı əzələlər uzun müddət gərginlik vəziyyətində
qalırlar, ancaq uzunluqlarını dəyiĢmirlər. Bu zaman nə təqəllüs
edirlər, nə də dartılırlar. Bu gərginlik mərkəzi sinir sistemi tərəfindən
gələn impulsların təsiri altında əldə edilir. Deməli statik iĢdə bədən və
onun hissələri müəyyən vəziyyətdə saxlanılır. Məsələn: fəzada Ģaquli
istiqamətdə müxtəlif yüklərin Ģtanqın saxlanılması və s.
Beləliklə, statik iĢ zamanı fəal gərginlik vəziyyətdə əzələlər bədən
vəziyyətinin dəyiĢilməsinə yönəldilmiĢ qüvvələri tarazlaĢdırırlar.
Dinamik iĢ zamanı fəal əzələ qüvvələri və xarici mexaniki qüvvə
momentləri bədənə təsir edərək bir-birini tarazlaĢdırmırlar və bunun da
nəticəsində hərəkət əldə edilir. Bildiyimiz kimi əzələ qüvvə momenti
əks təsir edən qüvvə momentindən çox olarsa, onda əzələ təqəllüsü
baĢ verir. Əzələlər bu zaman üstün gələn iĢ görərək yükün və bədən
hissəsinin yerini dəyiĢirlər.
Dinamik iĢin çox effektli bir forması ballistik iĢdir, yəni çox tezliklə baĢ
verən hərəkətdir.
Dinamik iĢin üçüncü forması müqavimətə tabe olan iĢdir. Bu zaman əzələ
qüvvəsinin momenti əks qüvvə momentindən az olur. Və bunun nəticəsində
əzələ dartılır, maksimum uzanır. Məsələn: yükün aĢağı salınması.
Göstərdiyimiz müxtəlif formalı hərəkətlər müəyyən əzələlərlə idarə edilmir.
Əksinə iĢin xarakterindən asılı olaraq əzələlərin iĢi dəyiĢə bilər. Müqavimətə
üstün gələn qüvvə və müqavimətə tabe olan iĢ bir-birini dəyiĢirlər.
Məsələn, bazu oynağında uzaqlaĢma hərəkəti deltavari və tinüstü əzələlərin
müqavimətə üstün gəlməsi nəticəsində əldə edilir. Bazunu bu vəziyyətdə
saxlamaq üçün yenə də bu əzələlər statik iĢ görürlər. bazunu əvvəlki
vəziyyətə salan isə ağırlıq qüvvəsi olur. Bu zaman həmin əzələlər müqavimət
təsiri altında dartılaraq bazunun aĢağı hərəkətini idarə edirlər. Və həmin
əzlələr müqavimətə tabe olan iĢi yerinə yetirirlər.
Beləliklə, bazu oynağında qolun hərəkətinin bütün fazalarında uzaqlaĢdırıcı
əzələlər iĢ görürlər, bu zaman iĢin xarakteri dəyiĢilir.
Deməli, oynağı idarə edən əzələlər 3 növ iĢ görə bilərlər:
1) Fəal hərəkətləri idarə edərək müqavimətə üstün gəlmək,yaxud dinamik iĢ əldə etmək;
2) Hərəkətləri fəal idarə edərək, bir fazadan o bri fazaya keçməyi əldə etmək, yəni
dinamik müqavimətə tabe olan iĢi həyata keçirmək;
3) Fəal iĢ gərginləĢərək, əks qüvvələri tarazlaĢdırmaq yəni statik iĢ əldə etmək.
Ayri-
ayri oynaqların və kinematik zəncirlərin iĢinin koordinasiya (saziĢliyi) mərkəzi sinir
sistemi tərəfindən idarə edilir.
3.9 ƏZƏLƏNĠN ĠġĠNDƏ SĠNERGĠZM VƏ ANTOQONĠZM
Məlum olduğu kimi hər oynaqdan bir neçə əzələ keçir. Oynaqda əmələ
gələn hərəkəti bir çox əzələnin təqəllüsü nəticəsində əldə edilir.
Əzələnin 2 növ qarĢılıqlı əlaqəsi var: Sinergizm və antoqonizm. Əzələlər eyni bir
hərəkətdə iĢtirak edir, üstün gələn iĢ görürlər, bunlara sinergistlər deyilir.
Bir-
birinə əks olan müxtəlif hərəkətlərdə iĢtirak edən əzələlər tabe olan iĢ
görürlər. Bunlara antoqonizlər deyilir.
Həm sinerqist, həm də antoqonistlər hərəkəti təmin edirlər. Əzələlər arasındakı
sinerqizm və antoqonizm əlaqələri daimi deyil. Funksional anatomiyanın bir
çox misallarından aydın görünür ki, əzələlərin çoxu hərəkətin dəyiĢilməsilə
əlaqədar olaraq öz funksiyalarını da dəyiĢirlər. Bir hərəkət üçün sinerqist olan
əzələlər baĢqa bir hərəkət üçün antoqonist ola bilərlər. Bu isə sinir
mərkəzlərinin koordinə olunmuĢ iĢi sayəsində əldə edilir.
Bildiyimiz kimi, bir oynaqlı və çox oynaqlı əzələlər vardır. Çox oynaqlı əzələlərin
təqəllüsü bir neçə oynaqda hərəkət əmələ gətirir.
3.10
AĞIRLIQ QÜVVƏSĠNĠN VƏ ƏTALƏTĠN ƏZƏLƏ ĠġĠNƏ
TƏSĠRĠ.
Bədənin ağırlıq qüvvəsi onun yerə olan cazibə qüvvəsidir. Hər bir əzələ iĢi zamanı ağırlıq qüvvəsi
öz təsirini göstərir. Konkret Ģəraitdən asılı olaraq bu təsir müxtəlif əzələlərin iĢi zamanı müəyyən
əzələlərin gərginliyi nəticəsində tarazlaĢır. Bu tarazlaĢma qolların qoyuluĢu ilə əldə edilir, yəni
əzələ qüvvəsi və ağırlıq qüvvəsinin momentləri bərabər olduqda ağırlıq qüvvəsinin qoyulduğu
nöqtə ağırlıq mərkəzi olarsa, tarazlaĢma əldə edilir.
Bədənin hər bir hissəsinin ağırlq qüvvəsinin momenti bu hissələr çəkisindən və qüvvə
qiymətindən ağırlıq xəttinin dayaq oynağından olan ən qısa məsafəsindən asılı olur.
Bədən hissələrinin vəziyyəti dəyiĢən zaman ağırlıq qüvvəsinin çiyin və bununla bərabər
momentdə dəyiĢir. Ağırlıq qüvvəsinin momentinin dəyiĢməsi nəticəsində əzələlərin dartma
qüvvəsinin momenti də dəyiĢir.
Məlumdur ki, bədən hissələrini horizontal istiqamətdə saxlamaq üçün gimnastika hərəkətlərində
yüksək əzələ gərginliyi lazımdır.
Beləliklə, statik iĢ zamanı bədən hissələrinin ağırlıq qüvvəsinin miqdarı və bu
hissələrin ağırlıq mərkəzinin yerləĢməsi əzələlərin statik gərginliyinin
dərəcəsini təyin edir, və bununla da müvafiq hərəkət sinir mərkəzlərinin
oyanmasının intensivliyini və əzələ iĢinə təsirinin xarakterini müəyyən edir.
Ağırlıq qüvvəsindən baĢqa, əzələ iĢinə ətalət də təsir edir. Ətalət bədənin öz
sükunət və ya hərəkət vəziyyətini saxlamaq və yaxud da onu qüvvə təsiri
altında dəyiĢmək xüsusiyyətinə deyilir. Bədəni sükunətdən çıxarmaq üçün və
ya onun istiqamətini dəyiĢmək üçün hərəkət ətalətinə hərəkətedici qüvvə
üstün gəlməlidir. Bunlar isə ətalətlərin iĢi vasitəsilə əldə edilir.
4. FĠZĠKĠ HƏRƏKƏTLƏRĠN BĠOMEXANĠKĠ TƏDQĠQAT
METODLARI
Fiziki hərəkətlərin biomexaniki tədqiqatlarının əsas məqsədi bu hərəkətləri icra
edən zaman insanın vəziyyətlərini və hərəkətlərini öyrənmək, bu hərəkətlərin
qanunauyğunluqlarını aĢkara çıxarmaq, icra olunan hərəkətlərin
xüsusiyyətlərilə onların effektliyi arasındakı əsas möhkəm asılılığı təyin etmək
və icra edilmə variantlarında daha səmərəli olanları seçməkdir.
Biomexaniki tədqiqatların qarĢıya qoyduğu məsələlər əsas etibarilə nəyi və
yaxud hansı asılılıqları öyrənməkdən, hansı obyekt üzərində tədqiqat
aparmaqdan, hansı Ģəraitlərdə və nə kimi üsullarla məlumatları toplamaq və
onları iĢləməkdən ibarətdir.
Bu məsələləri həll edə biləcək metodlar seçilir ki, bunlar kinematik hərəkətlərin qeyd
olunmasına, alınmıĢ məlumatların iĢlənməsinə, hərəkət və vəziyyətlərin
biomexaniki analizinə əsaslanır.
Biomexaniki tədqiqatların xüsusi məsələləri aĢağıdakılaar ola bilər:
a) konkret vəziyyətlər zamanı müvazinət Ģərtlərinin müəyyən edilməsi
b) duruĢun, yəni bədən hissələrinin qarĢılıqlı yerləĢməsinin dəqiq təyin edilməsi,
v) məlum vəziyyət və duruĢların saxlanılması üçün əzələlərin statik iĢlərinin müəyyən
edilməsi,
q) məlum vəziyyətdə dəyiĢən duruĢlar zamanı əzələ hərəkətlərinin və dinamik iĢinin
müəyyən edilməsi,
d) məlum vəziyyətlərdə sükutluqla və dəyiĢən duruĢlarda tənəffüs hərəkətlərinin
Ģəraiti.
Ġnsan bədəninin dinamik Ģöbəsi üzrə:
1) icra olunan hərəkətin strukturasının ( dövrlər, fazalar, hərəkət momentləri) müəyyən
edilməsi.
2) hərəkət fazalarının vaxt münasibətlərinin təyin edilməsi.
3) bədənin tamlıqda hərəkət xüsusiyyətlərinin (kinematika və dinamikası) xarakteri.
4) oynaqlarda hərəkətlərin xarakteri (bədən hissələrinin kinematika və dinamikası)
5) eyni adlı hərəkətlərin (yeriĢ, qaçıĢ, tullanmalar, üzmə və s.) müqayisəli xarakteristikası.
Bütün bu məsələləri həll etmək üçün bədən və ya onun hissələrinin keçdiyi yolu, bu yola
sərf olunmuĢ vaxtı, hərəkətin sürətini və onun dəyiĢilməsini ( sürətləndirməni) təyin
etmək lazımdır.
Bundan baĢqa, bədən və onun hissələrinin çəkisi, hərəkəti əmələ gətirən qüvvələri və s.
müəyyən etmək lazımdır.
4.1 MÜġAHĠDƏ VƏ TƏCRÜBƏ
Fikizi hərəkətləri öyrənən zaman 2 əsas tədqiqat metodu olan müĢahidə və təcrübədən
istifadə olunur. Sadə müĢahidə zamanı tədqiqatçı hərəkəti olduğu kimi, onun gediĢinə
fikir vermədən öyrənir. Bu müĢahidə zamanı hərəkət haqqında ümumi təsəvvür
yaranır, yəni bədən hissələrinin hərəkəti, onun istiqaməti, amplitudası, sürəti, tempi,
ritmi, əzələlərin gərginlik dərəcəsi və hərəkətlərin miqdarı haqqında qeyd edirlər. Sadə
müĢahidə vasitəsilə həkimlər gimnastika, akrobatika, suya tullanma, idman oyunları və
s. üzrə aparılan yarıĢlarda bir sıra idman məĢqələlərinin icra olunmalarının keyfiyyətini
müəyyən edirlər.
MüĢahidə zamanı adi, stenoqrafiya və Ģərtli qeydlərdən istifadə olunur. Belə
müĢahidənin müsbət cəhəti adi Ģəraitdə (məsələn, yarıĢlarda) öyrənilən
hərəkət haqqında lazımi məlumatları almaqdadır, çünki bu zaman icra edici
Ģəxsin müĢahidə olunmasından xəbəri olmur. Mənfi cəhət isə, tədqiqatçı
tərəfindən hərəkətə verilən qiymətin subyektivliyidir, bu zaman hərəkətin
yolu, vaxtı, sürəti, əzələ qüvvəsi haqqında dəqiq, obyektiv məlumat almaq
mümkün olmur. Bu göstəricilər təxmini olaraq qəbul edilir.
Təcrübə, ya da qoyulmuĢ elmi təcrübə ən mühüm tədqiqat metodudur.
Bunun əsas xüsusiyyəti ondan ibarətdir ki, burada tədqiqatçı öz fiziki
hərəkətlərin icrası üçün elə Ģəraitlər yaradır ki, bunlar hərəkət texnikasının
tədqiqatı üzrə qoyulmuĢ məsələni düzgün həll etmək mümkün olsun. Hər
hansı bir təcrübə zamanı həm müĢahidədən, həm də müxtəlif ölçü
cihazlarından və foto-kino çəkiliĢlərindən istifadə olunur.
4.2 TƏDQĠQATLARIN MƏRHƏLƏLƏRĠ
Biomexaniki tədqiqatlarda Ģərti olaraq 3 mərhələ ayırd edilir:
1) Hərəkət xüsusiyyətlərinin qeydi,
2) Qeyd nəticələrinin iĢlənməsi,
3) Biomexaniki analiz.
Ġnsan hərəkətlərinin xüsusiyyətlərini qeydə almaqda məqsəd tədqiq olunan
hərəkəti kinematika və dinamika xüsusiyyətlərini, həmçinin özü haqqında
kəmiyyət məlumatları (bədən ölçüsü,funksional göstəricilər) almaqdan
ibarətdir.
Qeydlərin nəticələrinin iĢlənməsi və ya onların cəbri üsulla hesablanması
müxtəlif faktorlar arasındakı asılılığı, onların düzgünlüyünü təyin etməyə və
bunların əsasında cədvəl və qrafiklər vasitəsilə analizlər etməyə imkan
yaradır.Biomexaniki analiz isə hərəkətlərin qanunauyğunluqlarını
aydınlaĢdırır və nəticələri təyin edir.
4.3 ĠNSAN HƏRƏKƏTLƏRĠNĠN MEXANĠKĠ XÜSUSĠYYƏTLƏRĠNĠ
ÖLÇMƏK ÜÇÜN CĠHAZDAN ĠSTĠFADƏ EDĠLMƏSĠ.
Dostları ilə paylaş: |