Canlandırıcı maska



Yüklə 10.18 Kb.
tarix25.01.2017
ölçüsü10.18 Kb.

Canlandırıcı maska

2 çay qaş. balı, 2 cay qaş. nar şirəsi və 1 çay qaşıq zəncəfil ilə qarışdırın. Üzünüzə və boyun ətraflarına çəkib 20 dəq. saxlayın. Sonra ilıq su ilə yuyun. Bu maska üz dərisini canlandırır. Maskanı ayda 2 dəfə edə biəlrsiniz.


1 xör. qaş. mayanı (droj) 1 xör. qaş. qaymaq və ya xama, 1 çay qaş. zəncəfil ilə qarışdırın. Üzünüzə çəkib 5-10 dəq. saxladıqdan sonra ilıq su ilə yuyun.

2 çay qaş. yaşıl çayı əzib (toz halında olsun) üzərinə yarım çay qaş. limon şirəsi, 1 çay qaş. bal, 1 yumurtanın sarısını (əgər üz dəriniz yağlıdırsa yumurtanın ağını çalın) qarışdırın. Üzünüzə çəkib 10 dəq. saxladıqdan sonra ilıq su ilə yuyun.

Faydalı maskalar
Kobudlaşmış dəri üçün maska: 
Qəhvədanda qalan qəhvə çöküntüsünü ilıq bitki yağı ilə qarışdırın. Quru dərili xanımlar yağı xama ilə əvəz edə bilərlər. Maskanı üz və dekolte nahiyəsinə sürtüb 5-10 dəqiqə masaj edin, 10 dəqiqə saxlayıb sonra ilıq su ilə yuyun. Maskanı hər həftə etmək olar. Dəriniz qarabuğdayı çalar alacaq. 

Kobudlaşmış dəri üçün balzam: 
100 q herkules yarmasını qəhvəüyüdəndən keçirib üzərinə 200 q isti süd və 1 x/q bitki yağı əlavə edin. Üzünüzdə 20 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Həftədə 1-2 dəfə edə bilərsiniz.

Quru dəri üçün qidalandırıcı maska: 
bir qreypfrutu sıxıb şirəsini üz və boynunuza vurun. Lətini xama və çiy yumurta sarısı ilə qarışdırıb üz və boğaz nahiyəsində 20 dəqiqə saxlayandan sonra ilıq su ilə yuyun. Maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz
Quru dəri üçün Kleopatra vannası: 
1 litr süd qaynağa düşənə qədər qızdırın, üzərinə 2-3 x.q. bal və 2 x.q. badam (ya da zeytun, qarğıdalı) yağı əlavə edin. Qarışığı isti suya töküb 20 dəqiqə ərzində vanna qəbul edin. Bunu hər həftə təkrar edə bilərsiniz. Bu vanna yuyunduqdan sonra təmiz bədənə tətbiq edilir
Yağlı dəri üçün maska: 
bir qreypfrutun şirəsini yulaf unu ilə yaxma halına düşənə kimi qarışdırın. Əvvəlcə üzünüzü qreypfrut şirəsilə silin, sonra maskanı çəkib qurumasını gözləyin. Maskanı ilıq su ilə yuyun. maskanı həəftədə 2-3 dəfə tətbiq edə bilərsiniz 

Dərini təravətləndirən maska: 
bir mandarini əzib püre halına salın, üz və boğaz nahiyənizə qalın qatla çəkin. 20-30 dəqiqədən sonra ilıq su ilə yuyun. Bu maska dərini təzələyir.

8

Maskalar

Insanın həyat tərzi


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə