www.vivo-book.com
105
– Missis O'Kifdən heç xoĢum gəlmir, – Lidiya dedi. –
Onun əri normal görünür, amma arvaddan xoĢum gəlmir.
– Qadın dindar katoliklərdəndi. Sənə isə baĢını soxmaq
üçün bir yer lazımdı.
– Sənin bu adamlar ilə oturub içməyini istəmirəm.
Onların məqsədi səni məhv eləməkdir.
– Mən onlara ayda cəmi 85 dollar kirayə haqqı
ödəyirəm. Onlar mənimlə oğulları kimi rəftar edirlər. Heç
olmasa, arada bir onlarla pivə içməliyəm, ya yox...
– Oğulları kimi.., budu eee! Sən demək olar ki, onlarla
həmyaĢsan.
Təxminən üç həftə keçdi. ġənbə səhər yerini günortaya
vermək üzrəydi. Keçən gecə Lidiyagildə yatmamıĢdım. Mən
vanna qəbul edib pivə içəndən sonra əynimi geyindim. Həftə
sonlarından xoĢum gəlmirdi. Hamı küçələrə tökülüĢmüĢdü.
Hər kəs pinq-ponq oynayır, ya öz qazonunu biçir, ya
maĢınlarını silib parıldadır, ya supermarketə, ya da çimərliyə
və ya parka gedir. Hər tərəfdə insan əlindən tərpənmək
olmur. Bazar ertəsi mənim ən sevimli günümdür. Hamı öz
iĢinə qayıdır və heç kim gözə dəymir. Bir belə insan
|