www.vivo-book.com
107
– YaxĢı, istədiyini elə, get o zibilə qalmıĢ cıdırına.
Amma əgər cıdıra getsən, sən geri qayıdanda, mən artıq
burda olmayacam.
Evin önündə saxladığım maĢınıma mindim. Qapının
ĢüĢəsini endirdim və mühərriki iĢə saldım. Lidiya yolumun
üstündə dayanmıĢdı. Onunla vidalaĢmaq üçün əlimi
yellədim və maĢını küçəyə çıxardım. Gözəl bir yay günü idi.
MaĢını Hollivud Parkla sürürdüm. Yeni bir sistem
düĢünmüĢdüm. Hər yeni sistem məni var-dövlətə bir qədər
də yaxınlaĢdırırdı. Bu, sadəcə, zaman məsələsi idi.
Mən $40 dollar uduzdum və evə qayıtdım. MaĢını evin
önündəki çəmənlikdə saxladım və maĢından düĢdüm.
Artırmanın yanından keçib öz qapıma tərəf gedəndə, dalanla
mənə tərəf gələn missis O'Kifi gördüm.
– O getdi.
– Nə?
– Sənin qızını deyirəm. O, Ģey-Ģüyünü də yığıĢdırıb
getdi.
Mən ona cavab vermədim.
|