www.vivo-book.com
136
söz verdi. Sən demə, onların ortaq erkək tanıĢı varmıĢ və o
bir rok qrupda zərb alətində çalıĢırmıĢ.
Di Di özünə içində iki dənə balaca tutuquĢu olan bir
qəfəs aldı və biz otelə qayıtdıq. Mən özümə bir pivə açdım
və televizoru qoĢdum. Proqram seçimi də məhdud idi.
– Gəl çıxıb bir az da gəziĢək, – Di Di dedi. – Bayırda
hava elə xoĢdur ki.
– Mən burada oturub dincəlməyə hazırlaĢmıĢam, –
deyə mən cavab verdim.
– Əgər mən sənsiz getsəm, inciməzsən ki?
– Əsla incimərəm, hər Ģey qaydasında olacaq, narahat
olma.
O məni öpdü və getdi. Mən televizoru söndürdüm və
özümə bir pivə də açdım. Bu adada sərxoĢ olmaqdan baĢqa
bir iĢ-güc yox idi. Pəncərəyə yaxınlaĢdım. Di Di çimərlikdə
bir cavan oğlanla yanaĢı oturmuĢ, xoĢbəxtcəsinə onunla
söhbət edir, gülümsəyir və əlləri ilə nəsə iĢarələr edirdi. O
cavan adam da ona gülümsəyirdi. Nə yaxĢı ki, bu
boĢboğazlıqda mən iĢtirak etmirdim. Mən heç kimə
vurulmuĢ olmadığıma və bu səbəblə də bütün dünyadakı hər
|