www.vivo-book.com
133
Allahım, niyə hər dəfə belə bir qadınla rastlaĢanda,
adamın yanında həmiĢə baĢqa bir qadın olur?
Biz təyyarəyə mindik və oturacaq kəmərlərimizi
bağladıq.
– Ah, – Di Di dedi, – Elə həyəcanlıyam ki! Kabinəyə
gedib düz pilotun yanında oturacağam!
– YaxĢı, necə istəyirsən elə də elə.
Biz havaya qalxdıq və Di Di gedib düz pilotun yanında
oturdu. Onun oturub pilotla söhbət etdiyini görə bilirdim. O,
deyəsən, həyatdan ləzzət alırdı, ya da sadəcə, bu mənə elə
görünürdü. Son vaxtlar onun nə hisslər keçirməsi mənim
vecimə deyildi – onun həyata həyəcanlı və xoĢbəxt
reaksiyasını demək istəyirəm: onun bu davranıĢları məni bir
qədər qıcıqlandırırdı, amma əsas etibarı ilə bu davranıĢlara
qarĢı heç nə hiss etmirdim. Bu məni, hətta darıxdırmırdı da.
Biz bir qədər uçduq və yerə endik, yerə eniĢimiz elə də
yumĢaq olmadı. Alçaqdan sürətlə uçaraq bəzi qayalıqların
yaxınlığından süzdük, suya çırpıldıq və çoxlu su tozu
havaya qalxdı. Elə bil sürətli qayıqda oturmuĢduq. Sonra
bizim təyyarəmiz baĢqa bir pirsə yan aldı. Bu zaman artıq Di
|