www.vivo-book.com
131
– Hə.
Lidiya qulaqbatırıcı bir səs çıxardı. Bu çox uzun bir
bağırtı idi. Sonra o dəstəyi asdı.
Ondan sonra Di Di məni evimə getməyə qoymurdu. Bir
dəfə mənim evimdə oturub poçtumu nəzərdən keçirəndə,
telefonun dəstəyinin kənara qoyulduğunu gördüm.
– Bir də heç vaxt belə eləmə, – mən ona dedim.
Di Di məni sahilboyu aĢağı-yuxarı uzun gəzintilərə
aparırdı. O məni dağ səyahətinə də aparmıĢdı. Biz onunla
qarajların hərracına, kinoya, rok konsertlərə, kilsələrə,
dostlarımızın yanına, nahar və qəlyanaltılara, illüzionist
tamaĢalarına, pikniklərə və sirk tamaĢalarına getmiĢdik.
Onun dostları bizim birgə fotoĢəkillərimizi çəkmiĢdilər.
Katalinaya səfərimiz çox pis olmuĢdu. Di Di ilə
limanda gözləməli olmuĢduq. Ġçkinin xumarlığından əziyyət
çəkirdim. Di Di mənim üçün “Alka-Zeltser” və bir bardaq su
tapdı. Mənim bu ağır vəziyyətimə kömək edən bir Ģey
vardısa da, o da bizdən bir azca aralıda oturmu gənc qız
oldu. O, əyninə qısa ətək geyinmiĢdi. Onun çox qəĢəng
bədəni və uzun gözəl qıçları vardı. Qısa ətəyin altında qız
|