www.vivo-book.com
127
– YaxĢı velosipeddirmi, anacan? Mən on sürət
ötürücülü, əl əyləcli və pedallarında bəndləri olanından
istəyirəm.
– Mənim sifariĢ etdiyim də yaxĢı velosipeddir, Renni.
– Onun sabah hazır olacağına əminsənmi?
Biz maĢınla geri qayıdırdıq. Mən gecəni onlarda
qaldım. Renninin öz yataq otağı vardı.
Ertəsi gün səhər tezdən hamımız birlikdə yemək üçün
ayrılmıĢ küncdə oturub xadimənin gəliĢini gözləyirdik.
Nəhayət, Di Di yerindən qalxdı və bizim üçün qəlyanaltı
hazırlamağa baĢladı. Renni dedi:
– Anacan, sən yumurtanı necə sındırırsan?
Di Di mənə tərəf baxdı. Mənim nə düĢündüyümü o
bilirdi. Mən səsimi çıxarmadım.
– YaxĢı, Renni yanıma gəl, sənə göstərim.
Renni sobanın yanına yaxınlaĢdı. Di Di əlinə bir dənə
yumurta aldı.
– Görürsənmi, sadəcə, yumurtanın qabığını tavanın
qırağına vurub sındırırsan... bax belə... sonra da yumurtanın
|