www.vivo-book.com
123
– Mən yalnız paytaxt qəzetlərini oxuyuram – qətllər,
zorlamalar, döyüĢlərin nəticələri, fırıldaqçılar, avia qəzalar
və Ənn Lenders haqqında.
– Di Di, – oğlan dedi, – yarım saatdan sonra Rod
Stüratdan müsahibə almalıyam. Ġndi getməliyəm. – O getdi.
Di Di bizə yenə içki sifariĢ elədi.
– Sən niyə insanlarla düz dolana bilmirsən? – o
soruĢdu.
– Qorxduğuma görə, – mən cavab verdim.
– Budur gəlib çatdıq, – Di Di dedi və maĢını Hollivud
qəbiristanlığının içinə sürdü.
– Əla, – mən dedim, – çox əla. Mən ölümü tamam
yaddan çıxarmıĢdım.
Biz maĢınla orada bir balaca gəziĢdik. Qəbirlərin böyük
əksəriyyəti torpaqdan yuxarı ucalırdı. Önlərindəki giriĢ
pilləkənləri və sütunları ilə onlar balaca evləri xatırladırdı.
Və hər birinin qıfıllanmıĢ dəmir qapısı vardı. Di Di maĢını
bir tərəfdə saxladı və biz maĢından düĢdük. O qapılardan
birini açmağa çalıĢdı. Qapını açmaq üçün əlləĢərkən mən
onun sağrılarının necə yırğalandığına tamaĢa edirdim.
|