www.vivo-book.com
125
Hər Ģey hamıya məxsusdur. Biz oradan çıxdıq və Di Di
dedi:
– Tayron Pauerin skamyasında oturmaq istəyirəm. O
mənim sevimlim idi və mən onu sevirdim!
Biz gedib Tayronun qəbrinin yanındakı skamyada
oturduq. Ondan sonra ayağa qalxdıq və Duqlas Ferbanksın
qəbrini ziyarət etdik. Onun qəbri qəĢəng idi. Qəbrin önündə
özəl su hovuzu da vardı. Hovuz su zanbaqları və
çömçəquyruqlar ilə dolu idi. Biz pilləkənlərlə qalxdıq və
qəbrin arxa tərəfində də oturmaq üçün yerlər olduğunu
gördük. Oturduq. Qəbrin divarında balaca bir çat olduğunu
sezdim, xırda qırmızı qarıĢqa ordusu həmin çatdan yorulmaq
bilmədən içəri-çölə Ģütüyürdü. Mən bir müddət bu balaca
qırmızımtıl qarıĢqalara tamaĢa elədim, sonra isə qolumu Di
Dinin boynuna doladım və onu öpdüm, bu öpüĢ, həqiqətən,
çox uzun çəkdi. Biz dost olaraq qalmaq qərarına gəlmiĢdik.
Dostları ilə paylaş: |