www.vivo-book.com
126
Di Di hava limanında oğlunu qarĢılamalı idi. O,
Ġngiltərədən evə tətilə gəlirdi. Di Di mənə demiĢdi ki, onun
oğlunun 17 yaĢı var və oğlanın atası keçmiĢ konsert
pianoçusu idi. Di Dinin dediyinə görə, uĢağın atası spid
həbləri və kokainə aludə olmuĢ və sonra hansısa qəzada
barmaqlarını yandırmıĢdı. O, pianoda daha çala bilmirdi. Bir
müddət olar ki, onlar ayrılmıĢdılar.
Onun oğlunun adı Renni idi. Trans-Atlantik telefon
danıĢıqları zamanı Di Di ona bir neçə dəfə mənim haqqımda
danıĢıbmıĢ. Renninin gəldiyi təyyarənin sərniĢinləri bayıra
çıxanda biz hava limanına çatmıĢdıq. Di Di ilə Renni
qucaqlaĢdılar. O, uzun boylu, arıq və solğun bənizli bir
oğlan idi. Saçları bir gözünün üstünə düĢürdü. Biz əl tutub
görüĢdük.
Di Di ilə Renni söhbət etdikləri zaman mən baqajı
almağa getdim. O, Di Diyə “Anacan” deyə müraciət edirdi.
Biz maĢının yanına geri qayıdanda o, arxa oturacağa keçdi
və dedi:
– Anacan, sən mənə velosiped almısanmı?
– SifariĢ eləmiĢəm. Biz onu sabah götürməliyik.