www.vivo-book.com
17
tindəki çoxmənzilli binada yaĢayan rəfiqəsi Tinagildən
gəlirdi. Çox cazibədar görünürdü, lap ilk dəfə əlində
portağal ilə mənim yanıma gələndə gördüyüm kimi.
– Aaaaa, – o dedi, – yeni köynək geyinmisən!
O düz deyirdi. Bu köynəyi onun haqqında düĢündüyüm
üçün, onunla görüĢmək istədiyim üçün almıĢdım. Onun
bunu bildiyini və məni ələ saldığını bildiyim halda, yenə də
etiraz etmədim.
Lidiya qapını açdı və biz içəri girdik. Üstünə nəm əsgi
salınmıĢ gil yemək üçün ayrılmıĢ küncdəki masanın düz
ortasında dururdu. O, əsgini götürdü.
– Hə, necədir?
Lidiya mənə rəhm eləməmiĢdi. Çapıqlar da, əyyaĢ
burnu da, meymun ağzı da, dar bir xəttəcən qıyılmıĢ gözlər
hamısı yerində idi, və hətta gülünc, öz xoĢbəxtliyini hiss etsə
də bunun səbəbini anlamayan, xoĢbəxt bir adamın səfeh,
xoĢhal təbəssümü də orada idi. Onun yaĢı 30-u, mənimki isə
50-ni keçmiĢdi. Vecimə də deyildi.
– Hə, – dedim, – məni yaxĢı düzəltmisən. XoĢuma
gəlir. Amma belə görürəm, sən onu demək olar ki,