www.vivo-book.com
15
O, yerindən qalxıb soyuducuya tərəf gedəndə, mən də
onun arxasınca getdim. O bir ĢüĢə götürüb qapını bağladı.
Lidiya geri çevriləndən mən onun belindən tutaraq özümə
tərəf çəkdim. Ağzım və bədənimlə ona yapıĢdım. O, pivə
ĢüĢəsini kənara uzatdığı əlində saxlamıĢdı. Mən onu öpdüm.
Sonra bir də öpdüm. Lidiya məni kənara itələdi.
– YaxĢı, – o dedi, – daha bəsdir. Biz iĢləməliyik.
Biz yenə öz yerlərimizə oturduq. Lidiya siqaret çəkdiyi
vaxt mən öz pivəmi içirdim, gil qalağı isə yenə bizim
aramızda idi. Qapının zəngi çaldı. Lidiya ayağa qalxdı.
Orada bərəlmiĢ və yalvarıĢ dolu gözlərini bizə zilləmiĢ bir
kök qadın dayanmıĢdı.
– Bu mənim bacım Qlendolinadir.
– Salam.
Qlendolina bir stul çəkib danıĢmağa baĢladı. DanıĢmağı
o gözəl bacarırdı. Əgər o, sfinks də olsaydı, yenə də
danıĢardı, daĢ olsaydı, yenə də danıĢardı. Məni, sadəcə,
onun yorulacağı və bizi tərk edəcəyi vaxt maraqlandırırdı.
Daha ona qulaq asmasam da, elə bil kimsə məni kiçik pinq-
ponq Ģarları ilə vururdu. Qlendolinanın, deyəsən, zaman, ya
|