www.vivo-book.com
169
çırpılandan sonra küçəyə çıxdı və sonra növbəti döngədə
sağa burularaq gözdən itdi.
Mən ĢüĢə qırıntılarını süpürməyə davam etdim. Bütün
qırıntıları süpürüb bir yerə yığdım və torbaya doldurdum.
Sonra ĢüĢələrin olduğu birinci torbanın içinə baxdım və
orada salamat qalmıĢ bir pivə ĢüĢəsinin olduğunu gördüm.
ġüĢə normal görünürdü. Mənim, həqiqətən, ona ehtiyacım
vardı. Mən onun qapağını açmaq istəyirdim ki, birdən kimsə
onu dartaraq mənim əlimdən aldı. Bu yenə Lidiya idi. O,
əlində pivə butulkası ilə Nikolun qapısına tərəf qaçdı və
butulkanı qapının ĢüĢəsinə tolazladı. O bunu elə sürətlə etdi
ki, butulka nəhəng bir güllə kimi qapını dələrək keçdi və
ĢüĢəni tamam sındırmayaraq onda böyük və yumru bir dəlik
açdı.
Lidiya qaçıb getdi və mən pilləkənlər ilə yuxarı
qalxdım. Nikol isə hələ də yuxarı meydançada dayanmıĢdı.
– Allah xatirinə, Çinaski, nə qədər ki, o burda hamını
həlak eləməyib, sən də onunla çıx get!
Mən geri çevrilib pilləkənlərlə enməyə baĢladım.
Lidiya səkinin kənarında saxladığı
maĢının içində
|