www.vivo-book.com
168
kötəkləməyə baĢladı. Çantanın uzun qayıĢları vardı. O,
çantanı var gücü ilə yellədib Nikolun baĢına tolazlayırdı.
– O mənim erkəyimdi! O mənim erkəyimdi! Mənim
erkəyimdən uzaq dur!
Sonra pilləkən ilə aĢağı qaçaraq mənim yanımdan keçdi
və qapıdan küçəyə çıxdı.
– Aman Allahım, – Nikol dedi, – bu kimdir?
– Bu Lidiya idi. Mənə bir süpürgə və böyük kağız torba
ver.
Mən aĢağı enərək küçəyə çıxdım və ĢüĢə qırıntılarını
süpürərək qəhvəyi rəngli kağız torbaya yığmağa baĢladım.
Bu qancıq bu dəfə lap həddini aĢmıĢdı, deyə düĢündüm.
Gedib yenə içki alacağam. Bu gecəni də Nikolun yanında
qalacağam, bəlkə də bir neçə gecəni.
Mən yerə əyilib ĢüĢə qırıntılarını yığarkən, arxamda
qəribə bir səs eĢitdim. Dönüb arxaya baxdın. Bu öz Zibili ilə
gələn Lidiya idi. O, maĢını səkiyə çıxarmıĢdı və saatda 30
mil sürətlə düz mənim üstümə gəlirdi. Mən cəld kənara
sıçradım və maĢın cəmisi bir düym məndən aralı keçdi.
Onun Zibili məhəllənin sonuna qədər getdi, səkinin kənarına
|