www.vivo-book.com
201
vardı. Bloknota meditativ bir Ģeir cızma-qara elədim. Sonra
gölə tərəf getdim. Bu yer “Vans Otlaqları” adlanırdı. Bu
örüĢlərin böyük bir hissəsi bacıların mülkiyyətiydi. Mən
sıçmaq istəyirdim. Ona görə də, Ģalvarımı çıxardım. Milçək
və ağcaqanadlarla birlikdə kolluğun arasında yerə
çöməldim. ġəhərin rahatlığından istənilən an istifadə edə
bilərdim. Lakin burada dalımı yarpaqlarla silməliydim.
Sonra gölə yaxınlaĢıb bir ayağımı suya saldım. Su buz kimi
soyuq idi.
KiĢiliyin olsun, qoca adam. Suya gir.
Dərim fil diĢi kimi ağarmıĢdı. Özümü çox qocalmıĢ,
çox boĢalmıĢ hiss etdim. Buz kimi donduran su ilə
irəlilədim. O qədər getdim ki, su mənim belimə çatdı, sonra
dərindən nəfəsimi dərdim və özümü irəli atdım. Bütün
bədənimlə suya dalmıĢdım! Gölün dibindəki lil sorularaq
yuxarı qalxdı. Lil qulağıma, ağzıma və saçlarımın arasına
doldu. Lilli suyun ortasında durmuĢdum. Soyuqdan bir-
birinə dəyən diĢlərim bərk Ģaqqıldayırdı.
Suyun durulub təmizlənməsi üçün uzun müddət
gözləməli oldum. Sonra quruya tərəf addımladım.
|