www.vivo-book.com
206
– Ey, bu, rəqs üçün əla melodiyadır. Kim bədəninin
tozunu tökmək istəyir? Kim əsl buqi-vuqi rəqs etmək
istəyir?
Mən bataqlığın içi ilə yoluma davam edirdim. Nəhayət
ki, quru torpağa çıxdım. Bir yola çıxmıĢdım. Bu, köhnə
torpaq yol olsa da, pis görünmürdü. Yolda təkər və
heyvanların dırnaq izlərini görə bilirdim. BaĢımın üzərindən,
hətta harayasa elektrik aparan naqillər də keçirdi. Mənə,
sadəcə, bu naqilləri izləmək qalırdı. Yolla getməyə
baĢladım. GünəĢ səmada zirvəyə qalxmıĢdı, yəqin indi
günorta vaxtı olmalıydı. Özümü axmaq kimi hiss edərək
yoluma davam edirdim.
Yolun düz önündə kilidlənmiĢ bir darvazaya çatdım.
Bu nə demək idi? Darvazının yan tərəfində kiçik bir alaqapı
da vardı. Yəqin bu darvaza mal-qaranın önünü kəsmək üçün
buraya qoyulmuĢdu. Bəs onda mal-qara niyə gözə dəymirdi?
Bəlkə də heyvanlar buraya altı aydan bir gətirilir.
BaĢımın düz təpəsi ağrımağa baĢladı. Mən əlimi
qaldırıb otuz il bundan öncə Filadelfiya barında baĢıma
vurulan dəynəyin yerinə toxundum. Həmin yerdə çapıq
|