www.vivo-book.com
214
tökülürdü. Hamamxanaya gedərkən arxamda qanlı izlər
qoyurdum. Vanna otağındakı kafellərin üstünə də qan
axdığından, hamamxanada ora-bura gəziĢərkən yerdə qanlı
ayaq izlərim qalırdı.
Qapı döyüldü və mən qapını açıb Bobbini içəri
buraxdım.
– Böyük Allahım, dostum, burada nə baĢ verib?
– Bu, ÖLÜMDÜR, – deyə cavab verdim. – Mən
ölümcül dərəcədə qan itirmiĢəm...
– Bura bax, dost, – o dedi, – yaxĢısı budur, ayağına bir
Ģey eliyəsən.
Bu dəfə qapını Valeri döydü. Mən onu da içəri
buraxdım. Mənim vəziyyətimi görəndə o bərkdən qıĢqırdı.
Mən Bobbiyə, Valeriyə və özümə bir qədəh içki süzdüm.
Sonra telefon zəng çaldı. Zəng edən Lidiya idi.
– Lidiya, əzizim, məni qan aparır!
– Bu sənin dramatik fəndlərindən biridir?
– Yox, məni, həqiqətən, qan aparır. Ġstəyirsən,
Valeridən soruĢ.
Valeri dəstəyi məndən aldı.
|