www.vivo-book.com
213
– Yox, mən naĢılığımın ucbatından, içimdəki qorxu
üzündən azmıĢdım. Mən yarımçıq Ģəxsiyyətəm – mən
inkiĢafı ləngimiĢ Ģəhər adamıyam. Mən müəyyən mənada
təklif etməyə heç nəyi olmayan çiskinləyən nəcisəm.
– Aman Allahım, – o dedi, sən elə düĢünürsən ki, bütün
bu söylədiklərindən xəbərsizəm?
O məni məftilin tikanlarından azad etdi. Ləngər vura-
vura onun arxasınca getdim. Mən yenə öz Lidiyama
qovuĢmuĢdum.
31
Bədii qiraət üçün 3 və ya 4 gün sonra Hyustona uçmalı
idim. Əvvəlcə, at yarıĢlarına getdim, orada yaxĢıca vurdum,
sonra Holivud Bulvardakı bara getdim. Evə isə ancaq axĢam
təxminən saat doqquz, ya da onda qayıtdım. Yataq
otağından hamamxanaya tərəf hərəkət edərkən ayağım
telefonun Ģunuruna iliĢdi. Yıxıldım və çarpayının bıçaq kimi
iti olan polad küncünə çırpıldım. Ayağa qalxandan sonra
topuğumdan bir azca yuxarıda dərin bir kəsik yarası
olduğunu gördüm. Yaradan axan qan xalının üstünə
|