www.vivo-book.com
227
almağa gəlir. O zaman Katrina baĢa düĢür ki, Coannanı,
həqiqətən, yalnız biznes maraqlandırır. O gündən sonra,
Arnold ilə Coanna bir yerə gedəndə Katrina da onlarla
birlikdə getməyə baĢlayır. Onlar trio idilər. Arnoldun seksə
meyli zəif olsa da, Katrinanı narahat eləyən bu deyildi. O
yalnız biznesə görə narahat olurdu. Sonra Coanna gözdən
itdi, ortalıqda görünmədi və Arnold isə kokain bataqlığında
daha da dərinə batdı. Təcili yardım çağırıĢlarının sayı da
artdı. Sonunda, Katrina ondan boĢandı. Amma onlar hələ də
görüĢməyə davam edirlər. Katrina hər səhər təxminən saat
10:30-da bütün iĢçilər üçün qəhvə apardığına görə Arnold
onu maaĢ cədvəlinə daxil edir. Bu da Katrinaya evi
saxlamağa imkan verdi. O və Katrina ara-sıra birlikdə Ģam
da edirlər, amma sekslə məĢğul olmurlar. Onun hələ də
Katrinaya ehtiyacı vardı və Katrina da ona qəyyumluq
etməyə çalıĢırdı. Katrina həmçinin sağlam qidaya inanırdı və
onun yediyi ət yalnız toyuq və balıq idi. O çox gözəl
qadındı.
Dostları ilə paylaş: |