www.vivo-book.com
228
33
Ġki-üç gün sonra təxminən günorta saat 1-də qapım
döyüldü. Bu, Monti Riff adlı bir rəssam idi. Ən azından o
özünü mənə belə təqdim etdi. Bir də o mənə dedi ki, bir
zamanlar DeLongpre Avenyuda mənimlə birlikdə sərxoĢluq
da edibmiĢ.
– Sizi xatırlamıram, – mən dedim.
– Mən Di Di ilə birlikdə gələrdim.
– Ah eləmi? Hə onda buyurun içəri gəlin. Monti özü ilə
6 pivəlik paket, bir də hündür və gözəl qamətli bir qadın
gətirmiĢdi.
– Bu, Coanna Doverdir, – deyərək o, qadını mənə
təqdim elədi.
– Sizin Hyustondakı bədii qiraətinizdə iĢtirak edə
bilmədim, – o dedi.
– Laura Stenli sizin haqqınızda mənə hər Ģeyi danıĢıb,
– mən dedim.
– Siz onu tanıyırsınızmı?
– Bəli. Amma Katrina Höpbörnünün Ģərəfinə onun
adını dəyiĢdirib Katrina qoymuĢam.