www.vivo-book.com
233
eləyirəm ki, bu baĢ verib. Ġndi sənə söyləyə biləcəklərim
yalnız bunlardır.
O bir söz demədən dəstəyi asdı. O bir də mənə zəng
vurmayacaq, deyə düĢündüm. QarĢıma çıxmıĢ ən yaxĢı
qadın idi. Ancaq mən onu əlimdən qaçırdım. Mən bu
məğlubiyyətə layiqəm, dəlixanada tək-tənha qalıb məhv
olmağa layiqəm.
Telefon aparatının yanında oturdum və qəzet oxumağa
baĢladım, əvvəlcə, idman bölməsini, sonra maliyyə
bölməsini oxudum, sonda isə komikslərə baxdım. Birdən
telefon yenə zəng çaldı. Bu yenə Katrina idi.
– Coanna Dover QOY SĠKDĠRSĠN! – deyə o bərkdən
güldü. Katrinanın belə küçə söyüĢləri söydüyünü heç vaxt
eĢitməmiĢdim.
– Deməli, onda sən gəlirsən?
– Hə, gəlirəm. Mənim təyyarəmin eniĢ saatını qeyd
eləmisənmi?
– Hər Ģeyi yazmıĢam. Səni qarĢılamaq üçün orda
olacam.
|