www.vivo-book.com
234
Biz sağollaĢdıq. Katrina mənim yanıma gəlirdi, özü də
ən azı bir həftəlik gəlirdi – o bədənlə, o üzlə, o saçlarla, o
gözlərlə, o gülüĢlə...
35
Mən bardan çıxdım və məlumat lövhəsindəki yazılara
baxdım. Təyyarə vaxtında çatmalı idi. Ġndi Katrina
havadaydı və mənə tərəf hərəkət edərək durmadan
yaxınlaĢırdı. Mən bir yer tapıb oturdum və gözləməyə
baĢladım. Mənimlə üzbəüz yaxĢı qulluq görmüĢ səliqəli bir
qadın oturmuĢdu. Kitab oxuyurdu. Əynindəki paltarı yuxarı
dartılaraq onun qıçlarını ombalarına qədər açmıĢdı, onun
neylona bürünmüĢ budlarının yan tərəflərini, qıçlarını
tamamən açaraq hamının gözünün önünə sərgiləmiĢdi. Niyə
bu qadın bunu belə israrla edir? Mənim əlimdə qəzet vardı.
Mən onun üstündən qadının donunun altına baxırdım. Onun
çox cazibədar budları vardı. Görəsən, bu budların arasına
kim girirdi? Gözlərimi onun paltarının altına zillədiyim
zaman özümü lap səfeh kimi hiss edirdim, amma bunu
etməkdən özümü saxlaya da bilmirdim. Onun çox gözəl
|