www.vivo-book.com
247
də, oralıq iĢin varsa, gərək ya fasiləyə qədər, ya da fasilədən
sonra gedəsən.
– YaxĢı.
“Olimpik” idman zalına, əsasən, latın amerikalılar,
aĢağı təbəqələrdən olan zəhmətkeĢ ağdərililər, bir neçə kino
ulduzu və məĢhur adamlar gəlirdilər. Burada çoxlu sayda əla
meksikalı boksçular vardı və onlar ürəklə döyüĢürdülər.
Yalnız ağlar, ya da qaradərililər qarĢılaĢanda pis döyüĢlər
olurdu, xüsusilə də ağır çəkili idmançıların döyüĢləri.
Katrina ilə burada oturmaq mənə qəribə gəlirdi.
Ümumiyyətlə, insanların arasındakı münasibətlərin özü
qəribə idi. Demək istədiyim odur ki, siz bir müddət bir
insanla münasibətdə olursunuz, onunla birlikdə yemək
yeyirsiniz, birlikdə yatırsınız, birlikdə yaĢayırsınız, onu
sevirsiniz, onunla söhbət edirsiniz, onunla gəzirsiniz və
birdən hər Ģey bitir. Sonra heç kim ilə birlikdə olmadığınız
çox qısa bir müddət baĢlayır. Onda sonra isə baĢqa bir qadın
peyda olur və sən artıq onunla birlikdə yemək yeməyə
gedirsən, onu sikirsən və bütün bunlar adama çox normal
gəlir, elə bil sən bütün həyatın boyu bu qadının, o isə sənin
|