www.vivo-book.com
255
Bizdən iki cərgə aĢağıda oturmuĢ kiĢi geri çevrilərək
Katrinaya baxdı.
– O məndə idi, – o, Katrinaya dedi, – Burnunda mənim
onluğum vardı.
– Ayyy, – Katrin gülümsəyərək dedi, – bu əladır.
Mən üçüncü yarıĢa keçdim. Bu yarıĢda heç vaxt yarıĢa
çıxarılmamıĢ iki yaĢlı madyan və axtalanmıĢ erkəklər
yarıĢacaqdı. Pul qoyuluĢunun sonuna beĢ dəqiqə qalmıĢ
totalizator lövhəsinə baxdım və pul qoymağa getdim. Mən
oradan uzaqlaĢarkən, bizdən iki cərgə aĢağıda oturmuĢ
kiĢinin geri çevrilərək Katrina ilə söhbətə baĢladığını
gördüm. At yarıĢlarında belə insanlar həddən artıq çox idi,
onlar bir gözəl qadın görəndə, qadına özlərinin bu yarıĢlarda
necə pullar udduqları haqqında əfsanələr danıĢırdılar və
ümid edirdilər ki, belə əfsanələr onlara bu gözəl qadın ilə
yatağa girməyə necəsə yardımçı ola bilər. Bəlkə də onlar hər
Ģeyi belə dərinliyinə qədər heç düĢünmürdülər; bəlkə də
onlar dumanlı Ģəkildə nəyəsə ümid edirdilər, bunun nə ola
biləcəyi haqqında dəqiq təsəvvürləri olmasa belə. YarıĢ
hesablarını götür-qoy etməkdən onların baĢı xarab olmuĢ,
|