www.vivo-book.com
257
– O arzular xəstəsidir. Biz hamımız arzular, xəyallar
xəstəsiyik, elə ona görə də burada oturmuĢuq.
– Henk, gəl burdan gedək.
– YaxĢı.
Həmin gecə Katrina yarım ĢüĢə qırmızı Ģərab içdi, əla
qırmızı Ģərab. O çox qəmgin və susqun görünürdü. Mən
bilirdim ki, o məni ippodromdakı və boks yarıĢlarındakı
insanlar ilə müqayisə edir – hə bu doğrudur, mən onlarla
idim, onlardan birisi idim. Katrina bilirdi ki, mənim içimdə
nəsə sağlam olmayan bir Ģey var. Yəni “sağlam insan
sağlam iĢlər görər” mənasında. Məni hər zaman yanlıĢ
Ģeylər özünə cəlb edirdi: spirtli içki qəbul eləməyi
xoĢlayırdım, tənbəl idim, mənim Allahım, siyasətim,
ideyalarım və ideallarım yox idi. Mən yoxluğun içində kök
atmıĢdım; mövcud olmamaq kimi bir Ģey... və mən bunu
qəbul edirdim. Bu, insanın maraqlı birisi olmasına xidmət
eləmir. Heç mən özüm də maraqlı birisi olmaq istəmirdim,
çünki maraqlı birisi olmaq çox çətindir. Əslində isə, mən
heç kim tərəfindən narahat edilmədən içində yaĢaya
biləcəyim yumĢaq və dumanlı bir məkandan baĢqa bir Ģey
|