www.vivo-book.com
265
41
Həmin axĢam bərk sərxoĢ olana qədər içdim.
Katrinasız yaĢamaq elə də asan olmayacaqdı. Onun evimdə
unutduğu bəzi əĢyalarını tapdım: sırğalar, bilərzik.
Yenə yazı makinasına dönmək lazımdır, deyə
düĢündüm. Ġncəsənət nizam-intizam tələb edir. Hər heyvərə
ətək dalınca qaça bilər. Mən bu haqda düĢünə-düĢünə
içirdim.
Səhər saat 2:10 telefon zəng çaldı. Mən sonuncu
pivəmi içirdim.
– Allo?
– Allo. – Bu, qadın səsi idi, cavan bir qadın.
– Bəli?
– Mən Henri Çinaski ilə danıĢıram?
– Bəli.
– Mənim bir rəfiqəm var, o sizin yazılarınıza
məftundur. Bu gün onun ad günüdür və ona söz vermiĢdim
ki, telefonla sizə zəng vuracam. Sizin telefon nömrənizi
telefon kitabında tapanda elə təəccübləndik ki.
– Hə, orada mənim telefon nömrəm var.