www.vivo-book.com
268
Səhər saat təxminən dördün yarısında onlar getdilər və
mən yatağa yalqız girdim.
42
Ġki gün sonra, səhər saat 4-də kimsə qapımı döydü.
– Kimdir?
– Bu, kürən fahiĢədir.
Mən qapını açıb Temmini evə buraxdım. O bir yer
tapıb oturdu. Mən iki ĢüĢə pivə açdım.
– Ağzımdan pis iy gəlir, iki diĢim çürüyüb. Mənimlə
öpüĢə bilməzsən.
– YaxĢı.
Biz oturub söhbət elədik. Əslində, mən qulaq asırdım.
Temmi, deyəsən, yenə spid həbləri atmıĢdı. Mən ona həm
qulaq asır, həm də onun uzun kürən saçlarına tamaĢa
edirdim. BaĢı söhbətə qızıĢan anlarda isə gözümü onun
bədənindən ayıra bilmirdim. Bu bədən sanki hazırda onu
gizlədən geyimdən azad olmaq üçün yalvarırdı, elə bil bu
dəqiqə parçanı yırtıb bayıra çıxacaqdı. Temmi isə hər Ģeyi
|