www.vivo-book.com
269
unutmuĢdu, durmadan elə hey danıĢırdı. Mən ona
barmağımı belə toxundurmadım.
Təxminən səhər saat 6-da Temmi mənə öz ünvanını və
telefon nömrəsini verdi.
– Daha getməliyəm, – Temmi dedi.
– Qoy səni maĢına qədər ötürüm.
Temminin maĢını açıq qırmızı rəngli, tamamilə
dağılmıĢ vəziyyətdə olan “Kamaro” idi. Ön hissə əzilib içəri
batmıĢ, bir böyrü cırılmıĢdı. Qapıların ümumiyyətlə ĢüĢələri
yox idi. Salonda əski parçaları, köynəklər, “Kleenex” salfet
qutuları, qəzetlər, kağız süd qutuları, koka-kola butulkaları,
məftil, kəndir, kağız salfetlər, jurnallar, kağız stəkanlar,
ayaqqabılar və kokteyl içmək üçün əyri, rəngli saman
çöpləri hər tərəfə səpələnmiĢdi. DöĢəməyə tökülmüĢ bu zir-
zibil kütləsi oturacaqların üstünə qədər qalxırdı. Yalnız
sürücü üçün olan hissədə bir balaca boĢ yer vardı.
Temmi pəncərədən baĢını çıxardı və biz öpüĢdük.
Sonra o, maĢını səkinin kənarından ayıraraq hərəkətə
gətirdi. QarĢıdakı döngəyə çatanda, maĢın artıq saatda 45
mil sürətlə gedirdi. Düzdür, bəzən o, əyləcə də basırdı və
|