www.vivo-book.com
277
O, güzgünün önündə ayaq saxlayıb özünə baxdı və
sonra qarnını içəri çəkdi. Onun iri döĢləri güzgüyə tərəf
dikəldi. Mən eyni vaxtda həm onun arxasını, həm də önünü
görə bilirdim.
O, çarpayıya yaxınlaĢdı və mələfənin altına girdi.
Biz tələsmədən iĢimizə baĢladıq.
Biz baĢladıq, onun kürən saçları yastığa səpələndiyi
vaxt, bayırda sirena səslərinin uğultusu və itlərin hürüĢməsi
eĢidilirdi.
45
Həmin axĢam Temmi yenə gəldi. Deyəsən, çoxlu
narkotik həb qəbul etmiĢdi.
– Biz az Ģampan Ģərabı istəyirəm, – o dedi.
– YaxĢı, –mən cavab verdim.
Mən ona bir iyirmilik verdim.
– Ġndi qayıdıram, – deyərək o, qapıdan çıxdı.
Telefon zəng çaldı. Bu, Lidiya idi.
– Sadəcə, necə olduğunu öyrənmək üçün zəng elədim...
– Hər Ģey qaydasındadır.
|