www.vivo-book.com
276
Mən yataq otağına keçib yeni döĢəyə baxdım. Arxamca
Temmi də otağa gəldi. DöĢək sellofanla sarınmıĢdı. Mən
onu cırmağa baĢladım. Temmi də yardım etdi.
– Bir buna bax, necə də qəĢəngdi, – o dedi.
– Hə, qəĢəngdi.
DöĢək parlaq və alabəzək idi. Onun üstündə qızıl
güllər, yarpaqlar və burulan tənək sarmaĢıqlarının Ģəkilləri
vardı. Elə bil lap cənnət bağı idi, özü də cəmisi $35 dollara.
Temmi də döĢəyə tamaĢa edirdi.
– Bu döĢək məni lap həvəsə gətirir. Mən onun siftəsini
eləmək istəyirəm. Səni bu döĢəyin üstündə sikən ilk qadın
mən olmaq istəyirəm.
– Maraqlıdır, görəsən ikinci kim olacaq?
Temmi vanna otağına keçdi. Hər yana sakitlik çökdü.
Sonra duĢun Ģırıltısını eĢitdim. Mən döĢəyə təzə mələfə
saldım, balıĢ üzlərini dəyiĢdim və soyunaraq yatağa girdim.
Temmi vanna otağından çıxdı, gənc və islaq, hər yana iĢıq
saçırdı. Onun qasığındakı tüklərin rəngi saçlarının rəngi ilə
eyniydi: kürən, elə bil yanan alov idi.
|