www.vivo-book.com
270
həmin anda “Kamaro” sərt bir Ģəkildə irəli-geri ləngər
vururdu. Mən evə döndüm.
Yatağıma girdim. Onun saçları haqqında düĢünməyə
baĢladım. Həyatımda heç vaxt əsl kürən qadınlarla
rastlaĢmamıĢdım. Elə bil alov idi.
Elə bil göylərdə çaxan ĢimĢək idi, mən düĢündüm.
Nədənsə, onun üzü mən daha əvvəlki qədər sərt
görünmürdü…
43
Ona zəng vurdum. Gecə saat 1 tamam olardı. Sonra
onun evinə getdim.
Temmi bir binanın arxasındakı bunqaloda yaĢayırdı.
O qapını açıb məni evinə buraxdı.
– Səs salma. Bircə Dansini oyatma. O mənim qızımdı.
6 yaĢı var. Ġndi yataq otağında yuxulayır.
Mən özümlə 6 pivəlik bir paket də gətirmiĢdim. Temmi
onları soyuducuya qoydu və iki ĢüĢə ilə geri qayıtdı.
|