www.vivo-book.com
253
Həmin gecə Katrinaya sığınaraq yatsam da, ürəyim
qəm və kədərlə dolu idi.
38
XoĢbəxtlikdən avtomobilimin sığortası vardı və ordan
aldığım pul baĢqa bir maĢın kirayələməyimə bəs elədi.
Həmin maĢınla Katrinanı cıdır yarıĢlarına apardım. Katrina
ilə mən finiĢ xəttindən əvvəlki son döngənin yaxınlığındakı
Hollivud Parkda günəĢli meydançada oturmuĢduq. Katrina
mərcə pul qoymaq istəmədiyini söyləsə də, onu içəri
apardım və ona totalizator lövhəsini və mərcə pul qoyma
pəncərələrini göstərdim.
Mən beĢinci yürüĢdəki 7-ci atın qələbəsinə pul
qoydum. O mənim sevimli atım idi. Mən belə düĢünürdüm:
əgər alnına uduzmaq yazılıbsa, bunu əvvəlcədən eləmək
daha yaxĢıdır; kimsə səni ötməyincə, sən yarıĢı qazanmıĢ
sayılırsan. Atlar burun-buruna gedirdilər, sadəcə, yürüĢün
sonunda, irəli çıxan, geri qalan oldu. Buna görə $9.40
qazandım və cəmisi $17.50 dollar qabaq idim.
|