www.vivo-book.com
251
– Ah, Henk, bu ola bilməz!
– O yoxdur. Onu bura qoymuĢdum, – deyərək əlimlə
maĢını qoyduğum yerə iĢarə elədim. – Ġndi isə burda yoxdur.
– Henk, bəs indi biz neyləyək?
– Taksi tutarıq. Özümü, həqiqətən, çox pis hiss edirəm.
– Ġnsanlar niyə belə Ģeylər edirlər?
– Yəqin baĢqa cür yaĢaya bilmirlər. Bu da onların çıxıĢ
yoludur.
Biz bir qəhvəxanaya girdik və mən telefonla zəng edib
taksi çağırdım. Özümüzə kömbə qoğal ilə qəhvə sifariĢ
elədik. Biz döyüĢlərə tamaĢa edərkən, onlar maĢının qapısını
qarmaqla açıblar və naqilləri qıraraq mühərriki iĢə salıblar.
Mənim bir sözüm vardı: “Qadınımı apar, amma maĢınıma
dəymə”. Qadınımı məndən aparmıĢ adama heç vaxt
toxunmaram, amma maĢınımı aparanı elə yerindəcə
öldürərdim.
Taksi gəlib çıxdı. XoĢbəxtlikdən evimdə pivə ilə vodka
vardı. SeviĢə bilmək üçün kifayət qədər ayıq qalmaq
ümidimi tamamilə itirmiĢdim. Katrina da bunu baĢa
düĢürdü. Mən evdə var-gəl edə-edə öz 67-ci il modeli
|