www.vivo-book.com
254
Növbəti yarıĢ üçün pul qoymağa gedəndə Katrina öz
yerində qaldı. Mən geri qayıdanda, o mənə bizdən iki sıra
aĢağıda oturmuĢ bir kiĢini göstərib dedi:
– O adamı görürsənmi?
– Hə.
– O mənə dedi ki, dünən bu yarıĢlardan $2,000 dollar
udub və indi $25,000 dollar qabaqdır.
– Sən özün də pul qoymaq istəyirsənmi? Bəlkə
hamımız bir Ģey udduq.
– Ah yox, mən bu yarıĢlar haqda heç nə bilmirəm.
– Burda hər Ģey çox sadədir: sən onlara bir dollar
verirsən, onlar da sənə 84 sent geri qaytarırlar. Buna
“qənimət” deyirlər. ġtat ilə ippodrom bu məbləği öz
aralarında təxminən tən yarıdan bölürlər. YarıĢı kimin
qazanacağı onların vecinə deyil, çünki onların qəniməti
ümumi məbləğdən götürülür.
Ġkinci yarıĢda mənim atım, favoritə 8-in 5-ə nisbəti ilə,
ikinci gəldi. UduĢ imkanı aĢağı qiymətləndirilən bir at
gözlənilmədən finiĢdə mənim atımı keçdi. Buna görə
qazancım azalaraq $45.80 dollar oldu.
|