www.vivo-book.com
298
Səkkizinci yarıĢ baĢa çatanda, mən artıq $132 dollar
qazancda idim. Sonuncu yarıĢda 4-cü atın qələbəsinə 50
dollar qoymaq qərarına gəlmiĢdim. Pul qoymaq üçün elə
yerimdən qalxmaq istəyirdim ki, Temminin texniki xidmət
otağının qapısının ağzında dayandığını gördüm. O, əlində
süpürgə tutmuĢ qaradərili süpürgəçinin və əla geyinmiĢ
baĢqa bir qaradərilinin arasında dayanmıĢdı. Ġkinci qaradərili
filmlərdəki sutenyorlara bənzəyirdi. Temmi diĢlərini
ağardaraq mənə əl yellədi.
Mən ona yaxınlaĢdım.
– Hər yerdə səni axtarıram. Elə bildim dozan artıq olub.
– Yox, mən yaxĢıyam, özümü əla hiss edirəm.
– Hə, bunu eĢitmək xoĢdur. Onda gecən xeyrə qalsın,
Kürən...
Mən ondan aralaĢaraq mərcləri qəbul edən pəncərəyə
tərəf getdim. Onun mənim arxamca necə qaçdığını eĢidə
bilirdim.
– Ey, məni burda qoyub hansı cəhənnəmə gedirsən?
– 4-cü ata pul qoymaq istəyirəm.
|