www.vivo-book.com
296
Həmin gecə mən Temmini at arabalarının yarıĢına
baxmağa apardım. Biz pilləkənlər ilə yuxarı qalxdıq və
ikinci mərtəbədə oturduq. Ona yarıĢların proqramını
gətirdim və o bir müddət gözlərini həmin vərəqə zilləyərək
oturdu (at arabaları yarıĢlarında, proqramda keçmiĢ
yarıĢların nəticələri də çap edilir).
– Bura bax, o dedi, – mən həblər atmıĢam. Mən həblər
atdığım vaxtlar bəzən baĢım iĢləmir və harda olduğumu
unuduram. Gözün məndə olsun.
– YaxĢı. Mən yarıĢa pul qoymalıyam. Sən də bir neçə
dollar qoymaq istəyirsənmi?
– Yox.
– BaĢa düĢdüm. Ġndi qayıdıram.
Mən mərc qəbul edilən pəncərələrə yaxınlaĢdım və 7-ci
atın qələbəsinə beĢ dollar qoydum.
Geri qayıdanda, Temmi artıq orada yox idi. Yəqin
qadınlar tualetinə gedib – deyə düĢündüm.
Mən öz yerimdə oturdum və yarıĢlara baxmağa
baĢladım. 7 nömrəli at birə beĢ gəldi. Deməli uduĢum 25
dollar olmuĢdu.