www.vivo-book.com
311
– Coanna, nə qədər ki, mənim baqajım gəlməyib, gəl
vaxtımızı boĢ keçirməyək, “Qanlı Meri” içək. Lənət Ģeytana
baqajımın olmadığını tamam unutmuĢdum. Amma baqajım
olmasa da, gəl “Qanlı Meri” içək.
Biz bara daxil olduq və bir yer tapıb oturduq.
– Belə eləsən, sən heç vaxt Parisə gedə bilməyəcəksən.
– Fransızlar üçün elə də ürəyim atmır. Mən
Almaniyada doğulmuĢam, özün də bilirsən.
– Ümid edirəm ki, mənim evim xoĢuna gələcək. Çox
sadə evdir. Ġki mərtəbəli və gen-bol.
– Bir yataqda olduğumuz müddətcə, mənim üçün hər
Ģey əla olacaq.
– Məndə boyalar var.
– Boyalar?
– Demək istəyirəm ki, əgər istəsən, rəsm çəkə bilərsən.
– Ay səni zibil, amma yenə də çox sağ ol. Mən sənin
üçün narahatlıq yaratmadım ki?
– Yox. Bir qaraj mexaniki vardı. Lakin o da bitib-
tükəndi, qurudu. Mənimlə ayaqlaĢa bilmədi.