www.vivo-book.com
319
istəmirəm. Ona görə də, onunla birlikdə bir qida sodası da
qəbul edəcəyik. Məncə, meskalinin əsas təsiri ondan
ibarətdir ki, onu qəbul edəndə, səni qorxu hissi basır.
– Kənardan heç bir kömək olmadan da mən bu hissi
keçirirəm.
Mən rəsm çəkməyə baĢladım. Coanna stereonu iĢə
saldı. Musiqi çox qəribə olsa da, mənim xoĢuma gəldi.
Dönüb ətrafıma baxdım – Coanna heç yanda gözə dəymirdi.
Hara gedir, qoy getsin, mənim heç vecimə də deyildi. Mən
elə indicə intihar etmiĢ bir adamın rəsmini çəkmiĢdim: bu
adam çatının tirindən keçirdiyi kəndirlə özünü asmıĢdı. Mən
ən çox sarı rəngdən istifadə etmiĢdim, cəsəd elə parlaq, elə
qəĢəng görünürdü ki... Sonra birdən bir səs eĢitdim:
– Henk...
Bu səsin sahibi, deyəsən, düz mənim arxamda
dayanmıĢdı. Mən sıçrayaraq stuldan qalxdım.
– AMAN ALLAHIM! VAY SƏNĠ ZĠBĠLƏ QALSAN,
AMAN ALLAHIM!
Biləklərimdən, çiyinlərimdən və belimdən buz kimi
soyuq tər damcıları süzülürdü. Mən yarpaq kimi əsirdim, tir-
|