www.vivo-book.com
320
tir titrəyirdim. Dönüb arxama baxdım. Orada Coanna
dayanmıĢdı.
– Bir də heç vaxt belə eləmə, – mən ona dedim. – Bir
də heç vaxt mənə arxadan belə səssizcə yaxınlaĢma, yoxsa
səni öldürərəm!
– Henk, mən, sadəcə, siqaret almaq üçün çıxmıĢdım.
– Bu rəsmə bir bax.
– Ah, çox gözəldir, – dedi, – həqiqətən, mənim çox
xoĢuma gəldi!
– Bu yəqin meskalinin təsirindəndir.
– Hə, yəqin onun təsirindəndir.
– YaxĢı, mənə bir siqaret ver görüm, ay xanım.
Coanna bərkdən güldü və bizim üçün iki siqaret
yandırdı.
Mən yenə rəsm çəkməyə baĢladım. Bu dəfə çəkdiyim
rəsm, həqiqətən, yaxĢı alınmıĢdı: nəhəng, yaĢıl bir canavar
kürən bir qancığı sikirdi, qancığın alov rəngli tüklərini külək
arxaya dalğalandırır, yaĢıl qurd isə kürən qancığın göyə
qaldırılmıĢ ayaqlarının arasından ona tıxıyırdı. Qancıq
əlacsız və müti görünürdü. Qurd bütün dünyanı unudaraq elə
|