www.vivo-book.com
339
Biz artıq eniĢə hazırlaĢırdıq. Temminin bədəni
tamamilə iradəsiz görünürdü. Bu məni narahat etməyə
baĢladı. Mən onun təhlükəsizlik kəmərini bağladım.
– Temmi, biz artıq Nyu-York Sitiyə çatmıĢıq! Yerə
enməyə hazırlaĢırıq! Temmi oyan!
Heç bir cavab gəlmədi.
Bəlkə dozası artıq olub?
Mən onun nəbzini yoxladım. Nəbzi tuta bilmədim.
Mən onun nəhəng döĢlərinə baxdım. Onun nəfəs alıb –
almadığını bilmək üçün bir iĢarə görmək istəyirdim. Amma
onun sinəsi tərpənmirdi. Yerimdən qalxıb stüardessanı
axtarmağa getdim.
– Ser, zəhmət olmasa öz yerinizə əyləĢin. Biz enməyə
hazırlaĢırıq.
– Baxın, məni narahat edən bir məsələ var. Mən
rəfiqəmi yuxudan oyada bilmirəm.
– DüĢünürsünüz ki, o ölüb? – qadın astadan pıçıldadı.
– Bilmirəm, – deyərək mən də pıçıltı ilə ona cavab
verdim.
|