www.vivo-book.com
346
– Vaxtıdır, Çinaski, gəlin gedək!
– Tərpən, Temmi, getmək vaxtıdır.
– Oldu.
Temmini də yanıma alıb otaqdan çıxdım. TamaĢaçılar
əl çalmağa baĢladılar. Qoca yabı Çinaskinın adı öz iĢini
görürdü. Temmi səhnədən enərək kütləyə qarıĢdı, mən isə
qiraətə baĢladım. Ġçinə buz qoyulmuĢ vedrənin içində
mənim çoxlu pivəm vardı, oxumaq üçünsə çoxlu köhnə və
yeni Ģerlərim. Mən hədəfdən yayına bilməzdim. Əziz Mark
kilsəsinin lap xaçından tutmuĢdum.
63
Biz 1010 nömrəli otağımıza qayıtdıq. Mənə çeki də
artıq vermiĢdilər. AĢağıda tapĢırmıĢdım ki, bizi narahat
etməsinlər. Temmi ilə mən oturub içkimizi içirdik. Mən
onun haqqında 5, ya da 6 Ģeir oxumuĢdum.
– Onlar mənim kim olduğumu bilirdilərmi, – o dedi. –
Bəzən mən hırıldayırdım. Çox utanırdım.
|